|
• DünyadaHədə-qorxu dövrü artıq bitmişdirSəudiyyə Ərəbistanının tanınmış şiə alimi Ayətullah Baqir əl-Nimr Cümə xütbəsində Ali Səud rejimini sərt tənqid edib. Ayətullah əl-Nimr xütbə zamanı deyib ki, Ali Səud etirazçılara qarşı onları əzmək siyasətindən əl çəkməlidir. Çünki bununla heç kimi yolundan döndərə bilməyəcək. Və xalq öz haqqını müdafiə etmək üçün hər şeyə hazırdır. Xalqı əzmək siyasətinin heç bir nəticə verməyəcəyini bildirən Ayətullah əl-Nimr hədə-qorxu və çomaq dövrünün bitdiyini deyib. Onlara qarşı yənələn çomaqların artıq sındıracaqlarını deyən mübariz ruhani şəhadətə hamılıqla hazır olduqlarını qeyd edib. Etirazçıların həbs olunmalarına toxunan alim deyib ki, həbslər çoxaldıqca bizim onları müdafiə etmək iradəmiz bizim qanımızın axıdılması bahasına başa gəlsə belə daha da möhkəmlənəcək. Bütün həbs olunanların, ələlxüsus Hüccətül-İslam Şeyx Tofiq əl-Amirinin həbsdən azad olunmayınca sakit oturmayacaqlarını deyən alim eyni zamanda dialoqa razı olduqlarını amma dialoqa getmək istəyənlərin ayaqlarına getməyəcəklərini bildirib. O deyib ki, hər kəs öz ləyaqətini qorumalıdır. Dialoq etmək istəyənlər bizim yanımıza gəlsinlər. Bəhreyn milətinin məzlumiyyətinə də münasibət bildirən Şeyx Baqir əl-Nimr Ali Xəlifənin heçəhli-sünnə olmadığını deyərək dünyanın hər bir yerində olan müstəzəflərə kömək etməyin borcları olduğunu bildirərək deyib ki, Bəhreyn xalqına da köməyimizi əsirgəməməliyik.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Dekabr, 2011 03:39 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |