إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu gün Hz.Ruqəyyənin(s.ə) şəhadət günüdür

Bu gün Hz.İmam Hüseynin(ə) məzlum balası Hz.Ruqəyyənın(s.ə) Şamın xarabasında şəhid olduğu gündür. Bu şəhadət münasibətilə başda Hz.Qaim(ə.f) olmaqla bütün Əhli-Beyt(ə) aşiqlərinə təsliyyət deyirik.

"Əsr vaxtı Şamın xarabasında bibisi Hz.Zeynəbdən(s.ə) şamlı uşaqların ora-bura getdiklərinin görən bala bibisindən uşaqların hara getdiklərini soruşur. Bibisi uşaqların evlərinə getdiklərini bildirir. Qızcığaz bibi, bəs bizim evimiz yoxdur? - deyə soruşur. Hz.Zeynəb(s.ə) cavab verir ki, niyə yoxdur, bizim evimiz Mədinədədir. Bu zaman Xanım Ruqəyyənin(s.ə) atası ilə birlikdə məsud yaşadıqları yadına düşür və atasını istəyir. Xarabanın bir guşəsinə çəkilərək qəmli halda yuxuya gedir. Yuxuda atasını görə bala, hövlnak yuxudan ayılır və ağlayaraq atasını çağırmağa başlayır. Qızın ağlaması xarabadakı digər xanımları da ağladır.

Xarabadan ucalan ah-nalə Yezidin sarayında da eşidilməyə başlayır. Yezidin məsələnin nə yerdə olduğunu bildikdə əmr edir ki, İmam Hüseynin(ə) kəsilmiş mübarək başını Xanım Ruqəyyəyə(s.ə) aparsınlar.

İmam hüseynin(ə) mübarək başını bir siniyə qoyub xarabaya gətirib qoyurlar Şəhidlər Sərvərinin qızının qabağında. Hz.Ruqəyyə(s.ə) sininin üzərindəki örtüyü kənara çəkən zaman atasının kəsilmiş başını görən kimi başı əlinə götürərək ağuşuna basır. Mübarək başın alnından və dodaqlarından öpən bala yanğı ilə ağlayaraq deyir: "Atacan, üzünü kim belə qan edib? Atacan, boynunun damarlarını kim kəsib? Atacan, kim bizi uşaq vaxtı yetim etdi? Atacan, yetim uşaqlar böyüyənədək kimə pənah apararlar? Atacan, kaş torpağı özümə yastıq edəydim amma saqqalını qana boyanmış görməyəydim".

Xarabanın bir guşəsində atasının başı ağuşunda bu cür oxşamalar deyə-deyə birdən səsi kəsilir. Xarabadakılar balanın yuxuya getdiyini düşündülər. Yaxınlaşdıqda o məzlum balanın canını tapşırdığını gördülər.

Xanımlar balaya qüsl verib onu elə orada da dəfn etdilər"

Əla lənətullahi ələl-qaumiz-zalimin

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Dekabr, 2011  05:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!