|
• Dünyadaİraq ordusu Mosulun əsas inzibati binasını azad edibİraq ordusu Mosulun Neynəva əyalətinin baş inzibati binasını İŞİD terror qruplaşmasından azad edib.
Ahlibeyt.az-ın Ria Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə nazirinin köməkçisi səlahiyyətlərini icra edən Eliza Slotkin açıqlama verərək bildirib
E.Slotkin bildirib ki, Neynəva əyalətinin əsas inzibati binası artıq terrorçulardan təmizlənib və admnistrasiya binası üzərində İraq bayrağı dalğalanır.
Bir qədər əvvəl yayılan məlumatlara görə, Mosul əməliyyatı çərçivəsində şəhərin şər istiqamətində yerləşən əyalət şurasının binası və universitet azad olunub.
Qeyd edək ki, Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyatda İraq ordusu, Kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.
Xatırladaq ki, Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətinə keçib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Yanvar, 2017 11:08 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |