|
• DünyadaHollandiyada İslam Ensiklopediyasının 3-cü nüsxəsi nəşr ediləcəkHollandiyanın Leiden şəhərinin "Bril" nəşriyyatının iki dildə nəşrə hazırladığı İslam ensiklopediyasının 3-cü nüsxəsi 2017-ci ildə çap olunacaq. Ahlibeyt.az-ın İqna-ya istinadla verdiyi xəbərə görə, "İslam Ensiklopediyası" hər il 4 əsas hissədə və iki dildə, İngilis və Fransız dillərində, çap formatında və "online" elektron fromatında nəşr edilir. Bu ensiklopediyanın üçüncü nüsxəsi yeni əlavələr və redaktə ilə "20-ci əsr və dünyada müsəlman dini azlıqları" mövzusunu geniş və hətrətəfli əhatə ilə araşdırmışdır. 2017-ci ildə nəşr ediləcək bu yeni nüsxədə 47 elmi məqalə yer almışdır ki, İslami araşdırmalarda müxtəlif fənlər və ixtisaslar çoxluğunun təsirini əks etdirir. İslam Ensiklopediyası əlifba sırası ilə hazırlanmış sistematik və müntəzəm məqalələr toplusudur ki, bu məqalalər İslam və müsəlmanlar və İslami mədəniyyət və sivilizasiya barədə danışır. Leiden İslam Ensiklopediyasını 18 və 19-cu əsirdə qərblilərin İslamşünaslıq və şərqşünaslıqlarının nəticəsi hesab etmək olar ki, qərblilər üçün İslam və şərqin iqtisadi, mədəni və siyasi zəmində araşdırmaları üçün əsas qaynaqlardan biridir. "Bril" nəşriyyatı Hollandiyanın Leiden şəhərinin elmi və dərslik kitablarını çap edən məşhur nəşriyyatdır. "Bril" nəşriyyatı 1683-cü ildə təsis edilmişdir və o zamandan indiyədək humanitar elmlər, tarix və dinlər sahəsində müxtəlif qiymətli və nəfis kitabları çap və nəşt etmişdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Yanvar, 2017 11:04 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |