|
• DünyadaAyətullah Əraki: Tehrandakı vəhdət konfransına 220 tanınmış şəxsiyyət qatılacaqİslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının baş katibi İranda keçiriləcək olan beynəlxalq vəhdət konfransı barədə açıqlama verib. Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə MashreghNews məlumat yayıb. Bu konfransın ildən-ilə daha möhtəşəm şəkildə keçirildiyini deyən Ayətullah Möhsin Əraki bildirib: “Bu onun göstəricisidir ki, islam dünyasının vəhdəti günü gündən genişlənməkdədir. Elə bu səbəbdən bildiririk ki, düşmənin bölgədə yaratmaq istədiyi qarşıdurma və məzhəblər arasında fitnə alovları bugünədək məğlub olmuşdur. Biz Peyğəmbərin (s) əmr etdiyi vəhdətə nail olmaq üzrəyik. Bu gün təkfirçi və fitnəyə səbəb olan qrupların fəaliyyətlərinin məhdud olmasını müşahidə edirik. Bu gün dünyada daha önəmli məsələ vəhdət həftəsidir. Müxtəlif ölkələrdə bu həftəylə bağlı konfransların keçirildiyini müşahidə edirik. Ölkədə keçiriləcək olan vəhdət konfransında 60 ölkənin nümayəndəsi iştirak edəcək. Ümumilikdə dünya üzrə tanınmış 220 şəxsiyyət konfransa qatılacaq. Bu konfransın əsas hədəfi islam dünyasının vəhdətini göstərməkdir.”
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Dekabr, 2016 13:07 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |