|
• DünyadaHər dəfə Quran mütaliə etdikdə yeni-yeni mətləblər aşkar edirəmQumun Tibb Elmləri Universitetində keçirilən "Quran tədqiqatları və tibb" Milli Konqresində çıxış edən Ayətullahul-Üzma Şeyx Nasir Məkarim Şirazi Quran ayələrilə tibbin rabitəsi barədə konqresin təşkil edilməsini yüksək qiymətləndirib. Hz.Əlinin(ə) "Qurani-Kərim ürəklər baharı və qaynayan elmlər bulağıdır. Hər kim onunla dost olsa, səadəti və nicatı təmin olunar" hədisinizikr edən Şeyx Məkarim Şirazi deyib ki, Allah qismət edib ki, mən ömrümün əvvəllərindən Quranla tanış olmuşam və 15 illilk tanışlıqdan sonra "Təfsiri-Nümunə"ni yazmağa başladım. Qurana çox bağlı olduğumdan hər gün iki dəfə, sübh və axşam namazlarından sonra Quran mütaliə edirəm. Bununla belə onu qeyd edim ki, hər dəfə Quran mütaliə etdikdə yeni-yeni mətləblər və nöqtələr əldə edirəm. Onu qeyd etmək lazımdır ki, Qurani-Kərim tibb yaxud riyaziyyat ya da psixologiya kitabı deyil. Lakin ayələrdə bir sıra elmi mətləblərə işarə olunmuşdur deyən Quran müfəssiri bildirib ki, Qurani-Kərimdə 5 Cənnət meyvəsinin adı zikr olunmuşdur: xurma, nar, üzüm, zeytun və əncir. Əgər biz qidalanma ilə bağlı kitablara müraciət etsək, görərik həmin meyvələrin bu dünyada da insan üçün nə dərəcədə mühüm xeyirləri vardır. Ayətullah Məkarim Şirazi daha sonra deyib ki, mən özüm sağlamlığımda bəzi problemlər yaşayırdım. Çox həkimlərə müraciət etdim amma bir nəticə hasil olmadı. Bir dəfə Qurani-Kərimdəki bu ayə nəzərimi cəlb etdi: "Orada (o iki cənnət bağında) növbənöv meyvələr, xurma və nar vardır". Bu ayə barədə dərindən düşündükdən və ayədən istifadə etdikdən sonra sağlamlığım bərpa olundu. Sonda Şeyx Məkarim Şirazi Hz.Əlinin(ə) "Hər kimin Quranı varsa, zəngin şəxsdir. Və o kəs ki, hər şeyi olub da Quranı yoxdur, həmin şəxs fəqirdir". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Dekabr, 2011 02:56 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |