|
• Dünyadaİslam Əməkdaılıq Təşkilatı "Gənclik Günü" təsis ediləcəkİslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏT GF), təşkilatın sədri Elşad İskəndərovun başçılıq etdiyi nümayəndə heyəti ilə Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) qurumlarının illik Əlaqələndirmə İclasında iştirak etmişdir. Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, İƏT Avrasiya Regional Mərkəzinin Mətbuat Xidmətinin məlumatında bildirilir ki, tədbir çərçivəsində İƏT Gənclər Forumu nümayəndə heyətinin İƏT-in yeni seçilmiş Baş Katibi Yusif Əl-Useymin ilə görüşü də keçiilmişdir. Görüş zamanı, İƏT GF-nin İslam aləmində gənclərin inkişafı istiqamətində fəaliyyətini yüksək qiymətləndirən cənab Useymin, Foruma yeni mandatın - İƏT Gənclər və İdman Nazirləri Konfransının Daimi Katiblik funksiyasının - verilməsi ilə əlaqədar E. İskəndərovu təbrik etmiş və bu vəzifədə olduğu müddətdə də Foruma hərtərəfli dəstək verəcəyini bildirmişdir. Öz növbəsində Y. Useymini üzv dövlətlərin yekdil qərarı ilə İƏT Baş Katibi seçilməsi münasibətilə təbrik edən E.İskdəndərov onu İƏT GF-nin İƏT Gənclər və İdman Nazirlərinin 3-cü Konfransında qəbul edilmiş qərarların icrası istiqamətində hazırlanan tədbirlər planı ilə tanış etmişdir. Görüş zamanı E.İskəndərov İƏT miqyasında ortaq Gənclik Gününün təsis edilməsi təşəbbüsünü irəli sürmüşdür. Forumun yaradılması və inkişafında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayə və təşəbbüsləri haqqında İƏT Baş Katibini məlumatlandıran İƏT Gənclər Forumunun sədri belə bir gün üçün, hər iki liderin iştirakı və xeyir duasi ilə Gənclər Forumunun 2006-ci ildə İstanbulda gerçəkləşdirilmiş açılış mərasimi tarixinin - 3 sentyabrın seçilməsini təklif etdi. Təklifi məmnuniyyətlə qəbul edən Y. Useymin Azərbaycan Respublikası Prezidentinin İƏT çərçivəsində təşəbbüs və quruma dəstəyini yüksək qiymətləndirmiş, ən yaxın zamanda Azərbaycana səfər etmək niyyətini ifadə etmişdir. Görüşdə İƏT Gənclik Gününün təsis edilməsilə əlaqədar təşəbbüsün yaxın vaxtlarda hazırlanaraq İƏT-nin növbəti Xarici İşlər Nazirləri Konfransına təsdiq üçün təqdim edilməsi haqqında razılıq əldə edilmişdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Dekabr, 2016 17:50 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |