إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Facebook, Twitter, Youtube və Microsoft "virtual barmaq izləri"ni müəyyən edəcək

Dünyanın ən iri dörd internet-şirkəti - Microsoft, Facebook, Twitter və Youtube terrorizmlə online mübarizə aparacaqlar.

Ahlibeyt.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə,bu şirkıtlət "virtual barmaq izlərini" müəyyən edəcək vahid baza yaradılması üzrə razılığı gəliblər.

Məlumata görə,dünyanın ən iri sosial şəbəkələrini özündə birləşdirən şirkətlər öz aralarında unikal rəqəmli video-foto materialların identifikatorların mübadiləsini aparacaqlar və bu potensial terrorçunu müəyyənləşdirməyə imkan verəcək.

Bu bazanın köməkliyi ilə sayt və şəbəkələrə radikal təmayüllü və şiddət ifadə edən video- foto materiallar, yüklənmələr nəzarətə götürüləcək vəsosial şəbəkələrdə  yayılmadan öncə qarşısı alınacaq.

Twitter bəyanat yayaraq bildirib ki,onun səhifələrində radikal kontentlərə yer yoxdur və bu kimi yüklənmələr silinəcək.Həmçinin istifadəçinin  yüklənməni şirkət tərəfindən səhvən silindiyi barədə müraciət etmə hüququ saxlanılacaq.

Bildirilir ki,bu qərar Avropa Birliyinin təzyiqləri nəticəsində qəbul edilib.

Həmçinin bildirilir ki, şirkətlər müştərilərin fərdi məlumatlarını bölüşməyəcəklər


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Dekabr, 2016  13:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!