|
• Dünyadaİraq hökuməti Mehran – Zərbatiyyə sərhəddini zəvvarların keçidi üçün tamamilə bağladıİraq hökuməti bu gün səhərdən Mehran – Zərbatiyyə sərhəd-buraxılış məntəqəsini bağlayıb. Bunu İranın İlam əyalətinin başçısı Məhəmmədrza Mirvarid deyib. Ahlibeyt.az-ın Maide.az-a istinadən verdoyi xəbərə görə,M.Mirvarid deyib ki, Mehran - Zərbatiyyə sərhəd-buraxılış məntəqəsi bu gün səhər saat 6-dan bağlanıb, zəvvarların çıxışına icazə verilmir. Tasnimnews xəbər saytının məlumatına görə, O deyib ki, indiyədək Mehran sərhəd buraxılış məntəqəsindən 1 milyon zəvvar İraq torpağına keçib. “Hazırda İraq hökuməti ilə Mehran – Zərbatiyyə sərhəd-buraxılış məntəqəsinin yenidən açılması üçün danışıqlar aparılır”. Qeyd edək ki, bir neçə gün öncə İranın Ərbəin ziyarəti üzrə Mərkəzi Qərargahın sədri Hüseyn Zülfüqari də Mehran sərhəd-buraxılış məntəqəsində həddən artıq sıxlıq yarandığı üçün müvəqqəti bağlandığını demişdi. O demişdi ki, Ərbəin ziyarətinə getmək istəyən zəvvarlar Çəzabə və Şələmçə sərhəd-buraxılış məntəqələrindən keçərək İraqa gedə bilər. Mehr agentliyinin məlumatına görə, İmam Hüseyn (ə) zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə Şələmçə və Çəzabə sərhəd-buraxılış məntəqələri 3 növbədə çalışacaq. Bunu İranın Baş Gömrük İdarəsinin Xuzestan əyaləti üzrə gömrük nəzarətçisi Rza Cəfəri deyib. O deyib ki, Şələmçə və Çəzabə sərhəd-buraxılış məntəqəsində işçilərin sayı 3 dəfə artırılıb. R.Cəfəri deyib ki, Səfər ayının əvvəlindən indiyədək Şələmçə sərhəd-buraxılış məntəqəsindən 450 min nəfər və Çəzabə sərhəd-buraxılış məntəqəsindən isə 300 min nəfər zəvvar İraq torpağına keçib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Noyabr, 2016 14:39 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |