
İraq hökuməti bu gün səhərdən Mehran – Zərbatiyyə sərhəd-buraxılış məntəqəsini bağlayıb. Bunu İranın İlam əyalətinin başçısı Məhəmmədrza Mirvarid deyib.
Ahlibeyt.az-ın Maide.az-a istinadən verdoyi xəbərə görə,M.Mirvarid deyib ki, Mehran - Zərbatiyyə sərhəd-buraxılış məntəqəsi bu gün səhər saat 6-dan bağlanıb, zəvvarların çıxışına icazə verilmir.
Tasnimnews xəbər saytının məlumatına görə, O deyib ki, indiyədək Mehran sərhəd buraxılış məntəqəsindən 1 milyon zəvvar İraq torpağına keçib. “Hazırda İraq hökuməti ilə Mehran – Zərbatiyyə sərhəd-buraxılış məntəqəsinin yenidən açılması üçün danışıqlar aparılır”.
Qeyd edək ki, bir neçə gün öncə İranın Ərbəin ziyarəti üzrə Mərkəzi Qərargahın sədri Hüseyn Zülfüqari də Mehran sərhəd-buraxılış məntəqəsində həddən artıq sıxlıq yarandığı üçün müvəqqəti bağlandığını demişdi.
O demişdi ki, Ərbəin ziyarətinə getmək istəyən zəvvarlar Çəzabə və Şələmçə sərhəd-buraxılış məntəqələrindən keçərək İraqa gedə bilər.
Mehr agentliyinin məlumatına görə, İmam Hüseyn (ə) zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə Şələmçə və Çəzabə sərhəd-buraxılış məntəqələri 3 növbədə çalışacaq. Bunu İranın Baş Gömrük İdarəsinin Xuzestan əyaləti üzrə gömrük nəzarətçisi Rza Cəfəri deyib.
O deyib ki, Şələmçə və Çəzabə sərhəd-buraxılış məntəqəsində işçilərin sayı 3 dəfə artırılıb.
R.Cəfəri deyib ki, Səfər ayının əvvəlindən indiyədək Şələmçə sərhəd-buraxılış məntəqəsindən 450 min nəfər və Çəzabə sərhəd-buraxılış məntəqəsindən isə 300 min nəfər zəvvar İraq torpağına keçib.