|
• DünyadaMisir Prezidenti Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini yüksək qiymətləndiribXarici işlər naziri(XIN) Elmar Məmmədyarov Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Əbdül Fəttah əs-Sisi tərəfindən qəbul olunub Ahlibeyt.az-ın XIN mətbuat xidmətinə istinadən veridiyi xəbərə görə, Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və məktubunu Misirin dövlət başçısına çatdırıb. Prezident Əbdül Fəttah əs-Sisi salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluönu bildirib. Əbdül Fəttah əs-Sisi Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini yüksək qiymətləndirib və islam həmrəyliyinin vacibliyini qeyd edib. Görüşdə Islam dininin sülh, həmrəylik və tolerantlıq dini olduğu qeyd olunub. Nazir Elmar Məmmədyarov gələn il ölkəmizdə IV İslam Həmrəyliyi oyunlarının keçiriləcəyini diqqətə çatdırdı və Misir idmançılarını oyunlarda yaxından iştiraka dəvət etdi. Ölkəmizin mədəniyyətlər və sivilizasiyalararası dialoqun gücləndirilməsinə verdiyi töhfələri barəsində söz açıb. Görüş zamanı Azərbaycanla Misir arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olundu, enerji sahəsində SOCAR ilə EGPC arasında qurulmuş 6 illik əməkdaşlıq yüksək qiymətləndirildi və bu əməkdaşlığın böyük perspektivlərinin olduğu qeyd olunub. Görüşdə ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2016 16:19 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |