إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

BMT: Təqribən bir ay ərzində Şərqi Hələbdə 400 nəfər ölüb

Hərbi əməliyyatlar nəticəsində 2 minə yaxın insan yaralanıb

Terrorçuların nəzarəti altında olan Şərqi Hələbdə bir aydan az müddət ərzində aparılan hərbi əməliyyatlar nəticəsində təqribən 40 nəfər ölüb və 2 minə yaxın insan yaralanıb.

Ahlibeyt.az "Report"a istinadla xəbər verir ki, bu barədə çərşənbə günü BMT baş katibinin müavini Stiven O'Brayen Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu ay Hələbin bombardıman edilməsi 2011-ci ildə Suriyada münaqişənin başlanmasından bu yana ən intensiv bombardıman olub.

"Bu, dəhşətli humanitar fəsadlara gətirib çıxarıb. Bir aydan da az bir müddət əvvəl, mənim Şurada hesabatla çıxış etdiyim vaxtdan bu yana Şərqi Hələbdə daha 400 nəfər ölüb, 2 minə yaxın insan yaralanıb ki, bunların da olduqca çox qismi uşaqlardır", - deyə O'Brayen bildirib.

O, BMT TŞ-nin sentyabrın 29-da Suriyada humanitar vəziyyətə həsr olunmuş əvvəlki iclasında sentyabrın 22-də Hələbdə başlanan hərbi əməliyyatların "ilk günlərində" 320 nəfərin öldüyü və 765 nəfərin yaralandığı barədə məlumat vermişdi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Oktyabr, 2016  13:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!