|
• DünyadaFransa Senatı uydurma “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanun qəbul edibFransa Senatı soyqırımların, o cümlədən uydurma “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsini qəbul edib. Ahlibeyt.az-ın Rfi-yə istinadən məlumatına görə, oktyabrın 14-də Fransa parlamentinin yuxarı palatası - Senat İnsanlığa qarşı cinayətlərə görə nəzərdə tutulan qanun layihəsini dəstəkləyib. Yeni qanuna görə Fransa Respublikasının tərəfindən tanınan soyqırım, müharibə cinayətləri, insanlığa qarşı cinayətlərin inkarına görə cinayət məsuliyyətinə cəlb olunacaq. Qanun layihəsində dövlətlərin də bu cinayətləri inkar etdikləri təqdirdə eyni məsuliyyət daşıyacağı bəndi daxil edilib ki,bu bəndə görə Türkiyənin qondarma erməni soyqrımını inkar etdiyi halda ölkə barədə hüquqi prosedur başladıla bilər. 156 Fransız senatorun səs çoxluğu ilə qəbul edilən soyqırımının inkarı qanununa 146 millət vəkili əleyhinə səs veriblər..Soyqırımının inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun bir müddət əvvəl Milli Assambleyasının qəbul etdiyi layihəni bərpa edib. Xatırladaq ki, Nikola Sarkozi dövründə Fransanın erməni soyqırımı inkar edənlərə cəza qanun layihəsini qəbul etmiş. Daha sonra isə, vətəndaşların ifadə azadlığı hüququ olduğunu hesab edən qanun mətni Konstitusiya Şurası tərəfindən ləğv edilmişdir. Qeyd edək ki,qanun layihəsi əsasən sosialis senatorlar tərəfindən dəstəklənib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Oktyabr, 2016 14:13 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |