إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tarix İnstitutunun nəşrləri avropalı alimlərin böyük marağına səbəb olub

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti  “Belçika, Almaniya və Lüksemburqda Azərbaycanın multikultural dəyərlərinin təbliği və ermənilər tərəfindən dağıdılmış Qarabağ abidələri barədə Avropa gənc alimlər təşkilatları arasında təbliğat işinin təşkili” layihəsi çərçivəsində Brüssel, Düsseldorf, Berlin və Lüksemburq şəhərlərində gənc alimlər, tədqiqatçılar arasında maarifləndirmə işlərini həyata keçirib.

Ahlibeyt.az-ın məlumatına görə,bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan Azertac-a bildiriblər.

Ölkəmizin tolerantlıq və multikulturalizm modeli olması, ermənilər tərəfindən işğal edilən ərazilərimizdə dağıdılmış və saxtalaşdırılmış arxeoloji abidələr, toponimlər ilə bağlı tarixi həqiqətlər avropalı gənc alimlərin diqqətinə çatdırılıb.

Layihə çərçivəsində Lüksemburq Universitetində və ticarət palatasının binasında sərgi təşkil olunub. Avropanın 35 ölkəsindən gənc alimlərin iştirak etdiyi sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizə qarşı törədilmiş soyqırımları barədə məlumatların yer aldığı, Tarix İnstitutunda nəşr edilən kitablar paylanılıb. “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “Azərbaycan: qısa dövlətçilik tarixi”, “Azərbaycanlılar: etnik-siyasi tarixə ümumi baxış” və digər kitablar avropalı gənc alimlərin böyük marağına səbəb olub.

Həmçinin Brüsseldə və Berlində təşkil olunan sərgilərdə avropalı gənc alimlər Azərbaycan həqiqətləri barədə məlumatlandırılıbar.

Layihə çərçivəsində növbəti təqdimatın və kitab sərgisinin gələn il Norveçin paytaxtı Oslo şəhərində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki,layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırılıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Oktyabr, 2016  11:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!