إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Nəcəfdə "Həzrət Zəhra (s) səhni"nin ikinci fazası istifadəyə verildi - Fotolent

İmam Əlinin (ə) hərəmində Həzrət Zəhra (s) səhni adlanan böyük ziayrət-ibadət layihəsinin ikinci fazası Qədir-Xum bayramı günü istifadəyə verildi.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərində Həzrət İmam Əlinin (ə) mübarək hərəmində Həzrət Zəhra (s) səhni adı ilə başladılmış böyük ziyarət-ibadət fəzası layihəsinin ikinci fazası da dünən, 20 sentyabr 2016-cı il, Qədir-Xum bayramı günü yüzlərlər Əhl-Beyt (ə) aşiqinin iştirakı ilə ziyarətçilərin istifadəsinə verilib.

Əmirəl-Möminin İmam Əlinin (ə) müqəddəs ziyarətgahının idarə heyətinin rəisi mübarək Qədir-Xum bayramını Həzrət İmam Mehdinin (ə.f) məhzərinə, təqlid mərcələrinə, şəhid ailələrinə və bütün müsəlmanlara və iştirakçılara təbrik deyərək dedi: İmam Əlinin (ə) hərəmində Həzrət Zəhra (s) səhni adlanan böyük ziayrət-ibadət fəzası layihəsinin ikinci fazası 7 min kv.metrlik bir sahədə bu müqəddəs hərəmin həyətinə əlavə edildi. Və gələn ilin (1438-ci hicri-qəməri ili) Məhərrəm ayında digər 7 min kv.metrlik bir sahənin açılış mərasimi keçiriləcəkdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Sentyabr, 2016  13:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!