|
• DünyadaFarnsada məskunlaşan yəhudilər kütləvi şəkildə İslama gəlirRavvinlər dindaşlarını müsəlmanlıqdan uzaqlaşdırmaq üçün “qaynar xətt” yaratmağa məcbur olublar... Fransanın yəhudi liderləri getdikcə daha çox iudeyin müsəlmanlığı qəbul etməsindən şikayət edirlər. Ravvinlər yəhudilərin öz dinlərini tərk etməsindən bərk narahatdır. Özü də bu hal bəzən kütləvi xarakter daşıyır. Ahlibeyt.az-ın Moderator.az-a istinadla verdiyi xəbərə görə, Fransanın “antisemitizmə qarşı ayıqlıq milli bürosu”nun rəhbəri Sammi Hozlan İsrailin “Arutz Sheva” nəşrinə verdiyi açıqlamada deyir ki, o, yəhudilərin bütöv ailələrlə İslamı qəbul etməsinin şahidi olub. Əlbəttə, burada Fransanın müsəlman icmasının apardığı mənəvi maarifləndirmə işlərinin də böyük rolu var. İudey ruhaniləri müsəlman imamların yəhudi-sefardlarla asanlıqla ümumi dil tapa bilməsindən və onları tarixə dair söhbətlərlə müsəlmanlığa gəlməyə sövq etmələrindən şikayətlənirlər. Qeyd edək ki, “sefardlar” adlanan etnik qrupa daxil olan yəhudilər Roma imperiyası və Ərəb xilafəti dövründə Pireney yarımadasından qovulmuşlar. Hazırda İsraildə yəhudi-sefardların sayı 725 min nəfərə yaxındır. Xarici ölkələrdən isə sefardlar daha çox məhz Fransada (350 minə yaxın) yaşayırlar. Hətta eks-prezident Nikola Sarkozinin də yəhudi-sefard olduğu bildirilir. “Sefard” müasir ivrit dilində “ispaniyalı” anlamına gəlir. Hazırda Fransanın iudey icması “İslamdan uzaqlaşdırma” fondu və müsəlmanlığı qəbul etmək istəyən, lakin tərəddüd içində olan yəhudilər üçün “qaynar xətt” rabitəsi təsis etməyə məcbur olublar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2016 13:16 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |