|
• Dünyadaİraq ordusu daha bir şəhərin İŞİD döyüşçülərindən tamamilə azad olunduğunu elan edibİraq ordusu Əl-Kayyara şəhərinin İŞİD döyüşçülərindən tamamilə azad olunduğunu elan edib. Ahlibeyt.az-ın beynəlxalq kiv-lərə istinadən məlumatına görə, İraq silahlı qüvvələri və künüllüərdən ibarət hərbi birləşmələr İraqın Əl-Kayyara şəhərinin İŞİD terror qruplaşmasının döyüşçülərindən tamamilə azad edildiyini elan edib. Bu barədə İraq ordusunun rəsmi Twitter səhifəsində yerləşdirilən xəbərlərdə məlumat verilib. Məlumata görə,Mosul şəhərindən 50 km cənubda yerləşən Əl-Kəyyara şəhərinin İŞİD-dən azad olunması əməliyyatlarına İraq silahlı qüvvələrinə aid doqquzuncu zirehli tank diviziyası,Hərbi hava qüvvələri təyyarələri və könüllü xalq birləşmələri cəlb olunub. İraq Silahlı qüvvələri komandanlığı artıq İraq bayraqlarının azad olunmuş binalar üzərində dalğalandıqlarını bildiriblər. Əməliyyatların başlanması ilə şəhərdəki İŞİD terrorçularının kütləvi surətdə Mosula qaçdığı bildirilir. Qeyd edək ki, Mosul şəhərindən 50 kilometr cənubda yerləşən Əl-Kayyara 2014-cü ildən terrorçular tərəfindən tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Avqust, 2016 12:53 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |