إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə ordusu Suriyada İŞİD əleyhinə əməliyyata başladı - Onlarla hədəf məhv edilib

Türkiyə ordusu  ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri  təyyarələrinin dəstəyi ilə Suriyanın şimalındakı Cerablus şəhərində qərarlaşan İŞİD terror qruplaşmasından təmizlənmə əməliyyatına başlayıb.

Ahlibeyt.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə,Celabrusdakı İŞİD mövqelərinə qarşı əməliyyatlara quru qoşunları piyada birlikləri,artileriya qüvvələri,mina təmizləyən istehkam birlikləri və hərbi hava qüvvələri təyyarələri cəlb olunub.

Əməliyyatların başlanması ilə Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən Cerablus şəhərindəki mövqelərinə zərbələr endirib.

Rəsmi Ankaranın  bu ana qədər quru qoşunlarını bölgəyə daxil olmadığını bildirsə də bəzi qaynaqların artıq bir qrup türk hərbçinin bölgəyə daxil olduğunu qeyd edir.

Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.

Hərbi əməliyyat, həmçinin yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib.

Son məlumatlara görə, bölgədəki İŞİD terrorqruplaşamasının onlarla hədəfi təmamilə məhv edilib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Avqust, 2016  11:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!