إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

• Dünyada

Ayətullah Sistaninin vəsiyyəti haqda xəbər yalan imiş

"Ayətullah Sistani belə bir vəsiyyət etməyib. Bu xəbəri də yayan insan onun Yeni Zelandiyadakı nümayəndəsi deyil"

"ABNA" xəbər agentliyinin verdiyi xəbərə əsasən:Bir müddət əvvəl KİV-lərdə belə bir məlumat getmişdi ki, guya Ayətullah Sistani vəsiyyətində buyurub ki, məni Anam Zəhra (s.ə) kimi səsiz-səmirsiz torpağa tapşırarsız. İndi isə məlum olub ki, sən demə, bu həqiqətə uyğun olmayan xəbəri yayan adam heç Ayətullah Sistaninin Yeni Zelandiyadakı nümayəndəsi də deyilmiş.

Belə ki, mərceyi-təqlid Ayətullah Sistaninin Nəcəf şəhərindəki dəftərxanasından verilən məlumata görə, bu xəbər dezinformasiyadır. "Ayətullah Sistani belə bir vəsiyyət etməyib. Bu xəbəri də yayan insan onun Yeni Zelandiyadakı nümayəndəsi deyil", - deyə dəftərxanadan açıqlanan bəyanatda deyilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Dekabr, 2011  16:32 ⁄ Çap

Bu bölmədə


© 2026 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!