|
• DünyadaMəhkəmə Komitəsi: Nigeriya ordusu qətliam törədib və cinayət məsuliyyətinə cəlb olunmalıdırNigeriyada 13 nəfərlik Məhkəmə Komitəsi hesabat yayımlayaraq Nigeriya ordusunun ötən il 300 dən çox şiəni qətliam etdiyini və buna görə Ordu rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, Məhkəmə Komitəsi elan edib ki, təkcə Zariya şəhərində tapılan kütləvi məzarlıqda Nigeriya şiələrindən 347 nəfərin cənazəsi dəfn olunub.lakin Məhkəmə Komitəsinin hesabatında ötən ilin debakbr ayında Ordunun şiələrə qarşı hücumları zamanı neçə nəfər şiənin qətliam olduğu açıqlanmayıb. Hesabatda Ordunun şiələrə qarşı həddindən artıq hərbi gücdən istifadə etməkdə ittiham edib. Qeyd edək ki, Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı dekabr ayında həbs olunub. Human Rights Watch bəyanat yayaraq Nigeriya rəsmirlərindən istəyib ki, şiələrin qətliamında qanunsuz olaraq ordudan istifadə edən məsul şəxslərin tapılması və onların həbs edilməsini tələb edib. Qurum həmçinin Nigeriya hökumətindən hadisə qurbanlarının ailələrinə kompensasiya ödəməyi tələb edib. Bildirək ki, 2015-ci ilin dekabr ayının ortalarında Nigeriya ordusu Zariya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Şeyx Zəkzakinin evinə hücum edib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zariya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub. Cari ilin yanvar ayında Nigeriya İslami Hərakatının sözçüsü İbrahim Musa bəyanat yayaraq bildirib ki, bizdə olan siyahıya görə dekabrda baş verən o faciədən sonra 730 kişi və qadın itgin düşüb. “Bu şəxslər ya ordu qüvvələri tərəfindən öldürülüb, ya həbs olunublar. Lakin onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.”
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Avqust, 2016 12:17 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |