|
• DünyadaHəccə gedə bilməyən İranlı zəvvarlar Kərbəla və Nəcəfi güzəştli şərtlərlə ziyarət edə biləcək Həccə gedə bilməyən İranlı zəvvarlar üçün İraqdakı müqəddəs məkanları güzəştli şərtlərlə ziyarət etmək imkanı yaradılacaq.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, bunu İran televiziyasına müsahibəsində İranın Həcc və Ziyarət Təşkilatının rəisi Səid Övhədi deyib.
S.Övhədinin sözlərinə görə, Həcc ziyarətinə adlarını yazdıran və İraqdakı müqəddəs məkanları ziyarət etmək istəyən şəxslərə çox sərfəli şərtlər əsasında güzəştli kredit ödəniləcək və onların Həcc növbələri qorunub saxlanmaq şərti ilə Kərbəla və Nəcəfə ziyarətə göndəriləcəklər.
O əlavə edib:
"Bilirik ki, bəzi şəxslər üçün İraqdakı müqəddəs məkanları ziyarət etmək üçün lazım olan vəsati bir yerdə ödəmək imkanı yoxdur.Buna görə, cari ildən qərara almışıq ki, ziyarətə getmək istəyən ölkə vətəndaşları üçün də bəzi güzəştlər edək. Onlara səfər xərcini çox sərfəli şərtlərlə kredit verək. Bunun üçün artıq bir neçə bankla danışıqlar aparmışıq və yaxın günlərdə zəvvarlara bu növ kredit xidməti göstəriləcək”.
S.Övhədi bildirib ki, ilkin mərhələdə məktəb şagirdləri və onların yaxın qohumları bu ucuz və sərfəli xidmətdən istifadə edə biləcək. Daha sonra biz bu proqramı ölkənin bütün vətəndaşları üçün həyata keçirəcəyik.
Qeyd edək ki, İranın Həcc və Ziyarət Təşkilatı bəyanat yayaraq bu il Məkkəyə həcc ziyarətinə zəvvarlar göndərilməyəcəyini və Həcc ziyarətinin ləğv olunduğunu bildirib.
Bəyanatda bildirilir ki, Ali Rəhbərin ofisi və Həcc və Ziyarət TƏşkilatının səylərinə baxmayaraq Səudiyyə Ərəbistanın yaratdığı maneələr nəticəsində İslam Respublikasından zəvvarların Həcc ziyarətinə getməsi ləğv olunur və bunun məsuliyyəti Səudiyyə Ərəbistanın üzərinədir.
Xatırladaq ki, ötən il Həcc mərasimində minlərlə zəvvar, o cümlədən 464 iranlı zəvvar Minada Ali-Səud rəsmilərinin səhlənkarlığı nəticəsində dünyasını dəyişib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 İyul, 2016 14:57 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |