إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Həzrət - Zeynəb" teleserialının çəkilişi -TEZLİKLƏ

İranda yaxın zamanlarda  Həzrət Zeynəb(ə.s)ın həyatından bəhs edən teleserialının çəkilişi planlaşdırılır.

Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə,bu barədə İran mediası məlumat yayıb.

Serialın çəkilişini tanınmış rejissor Seyyid Ziyauddun Dərri həyata keçirəcək.

Qeyd olunan serilaın çəkilişini  İran dövlət teleradio şirkətinin  3-cü kanalının dəstəyi ilə çəkəcəyini açıqlayıb.

Serial Həzrət Zeynəbin həyatı, islam tarixinin və şiəliyin ilk illərindən bəhs edəcək.

Rejissor filmin 13 hissəli  olacağını açıqlayıb.  Teleserialın əsas hissəsi Aşura vaqiəsindən sonrakı zamanı, İmam Hüseynin (ə) yaxınlarının əsir götürülərək Şama aparılmasını və ardıcıl gələn hadisələri ehtiva edəcək.

Rejissor Z.Dərri  Həzrət Zeynəb (s.ə) teleserialının sennarisinin həm şiə və həmdə sünni tarixi mənbələrindən istifadə edilərək hazırlanacağını bildirib.

Seyyid Ziyauddun Dərri indiyədək bir neçə tarixi serialların rejisorluğunu edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyul, 2016  14:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!