إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ümidvaram Qiyamət günü Seyyid Həsən Nəsrullaha olan məhəbbətim nicatıma səbəb olacaq

Livanın Hizbullah təşkilatınının nümayəndələrini qəbul edən Ayətullah Misbah Yəzdi İmam Hüseynin(ə) inqilabı və Kərbəla vaqiəsi barədə söhbət edib.

Aşura günü İmam Hüseynin(ə) düşmənlərinin bir vaxtlar Hz.Əlinin(ə) yanında olduqlarını xatırladan əxlaq ustadı bildirib ki, biz də bu gün İslamda olduğumuza, iman gətirdiyimizə yəni düz yolda olduğumuza məğrur olaraq haqqdan üz döndərməcəyimizi xəyal etməyək.

"Dünya məhəbbəti bütün bəlaların başında durur" hədisini xatırladan Quran müfəssiri bildirib ki, bir zamanlar H.Rəsuləllahın(s) da yanında olan Zübeyr həmin xislətinə görə Cəməl döyüşündə Hz.Əli(ə) ilə üzbəüz dayandı.

Ayətullah Misbah Yəzdi bildirib ki, Aşura həmçinin insana canından, malından və qanından haqq yolunda keçməyə hazır olmağı öyrədir.

İran İslam inqilabının, Livandakı cihadın və ərəb ölkələrindəki inqilabların Kərbəladan ilham aldığını bildirən Ayətullah Misbah Yəzdi deyib ki, Seyyid Həsən Nəsrullah demişkən bizim şüarımız "Ləbbeyk Ya Hüseyn"dir.

Vilayət yolunun davam etdiyini bildirən Ayətullah Misbah Yəzdi bildirib ki, H.Rəsuli-Əkrəmdən(s) sonra bu vilayət məsum imamlara(ə), onlardan sonra isə İmam Zamanın(ə.f) naiblərinə verilmişdir.

Seyyid Həsən Nəsrullahın İmam Zamanın(ə.f) naibinin vəlisi olduğunu bildirən əxlaq ustadı bildirib ki, mən Seyyid Həsən Nəsrullahı qürbətən iləllah sevirəm və ümid edirəm ki, Qiyamət günü ona olan məhəbbətim mənim nicatıma səbəb olacaqdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Dekabr, 2011  18:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!