إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Məad" - Qiyaməti inkar edən şəxslərə Quranın gətirdiyi dəlillər

 

"Məad" - axirət aləminə inanıb bu dünyadan sonra ayrı bir aləmin varlığına e'tiqad bəsləməkdən ibarətdir.

İlahi peyğəmbərlərin hamısı təkallahlıq və tohidə dəvət etdikdən sonra təbliğ etdikləri və insanların ona iman gətirmələrini istədikləri ilk şey məhz axirət dünyası olmuşdur.

Quranın gətirdiyi bəzi dəlillər qiyaməti inkar edən şəxslərə verilən cavablardan ibarətdir. Digər ayələrdə mətləbi bir qədər genişləndirərək bu dünyada qiyamətə oşxar baş verən hadisələrə işarə edilmişdir. Başqa bir ayədə isə qiyamətin zəruri və hər şeyin sonu olduğu bəyan edilir.

«Yasin» surəsinin 78-79-cu ayəsində deyilir:

«öz yaradılışını unudub: Çürümüş sümükləri kim dirildə bilər?! – deyə hələ Bizə bir məsəl də çəkdi.

[Ya Peyğəmbər!] De ki: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir, O, hər bir məxluqu [yaradılışdan əvvəl və sonra da] çox gözəl tanıyandır.»

Qiyaməti qətiyyətlə inkar edən Məkkə müşriklərindən biri çürümüş sümük parçasını Peyğəmbərin (s) qarşısında ovub tozunu göyə atır və sonra istehza ilə soruşur: Havada toz kimi pərakəndə olan sümük zərrəciklərini kim bir yerə yığa bilər?

Bu ayə nazil olur və bu işin aləmlərin Rəbbi tərəfindən həyata keçəcəyi bəyan olunur.

İnsan bəzən bütün işləri öz qüdrət və istedadı ilə müqayisə edir və onun mümkün ya qeyri-mümkün olduğunu hesab edir. Hər hansı bir işin öz qüdrət və istedadından xaric olduğunu gördükdə, onu qeyri-mümkün hesab edir. Qurani-kərimdə bu haqda deyilir: «İnsanın qüdrət və istedadı ilə müqayisə edildikdə təbii ki, qeyri-mümkün hesab edilməlidir. Amma hər şeyi yoxdan yaradan və elmi hər şeyi əhatə edən bir varlıqla müqayisə etdikdə necə?

Allahın yenilməz qüdrətilə müqayisə etdikdə biz onun mümkün və sadə bir iş olduğuna əmin olmalıyıq.

Allah-taalanın qüdrət və əzəmətini, qiyaməti və xilqəti bəyan edən ayələrdən belə bir nəticəyə gəlirik ki, bütün hadisələr Allahın istək və iradəsi ilə həyata keçir və Onun üçün qiyamət günü insanı yenidən diriltməsi bir o qədər də çətin iş deyildir.

Quran ayələrində dünyada qiyamət aləminə oxşar hadisələrə toxunulmuşdur

- Keçmişdə baş vermiş əhvalatlar (ölülərin yenidən dirilməsi) ətraflı şərh olunur. Belə ki, həzrət İbrahim (ə)-mın əhvalatında deyilir: İbrahim (ə) dedi: «Ey mənim Allahım! Mənə ölülərin necə dirildiklərini göstərməyini istəyirəm. Allah-taala buyurdu: Məgər buna iman gətirməmisənmi? Dedi: Bəli! İman gətirmişəm, amma bunu ürəyimin rahatlığı üçün istəyirəm. Allah-taala buyurdu: «Dörd quş tutub başlarını bədənlərindən ayırıb bədənlərini tikə-tikə et və onların hər birini dağların zirvəsinə qoy. Sonra onları, özünə tərəf gəlmələrini səslə. Onların yenidən dirilib sənə tərəf gəlmələrinin şahidi olacaqsan.

-Həzrəti İbrahim (ə)-ın  əhvalatında , təbiətin hər il payız fəslində ölüb, yaz fəslində yenidən dirilməsinə işarə olunur. Belə ki, biz təbiətdə baş verən bu prosesin hər il şahidi oluruq. Qış mövsümündən sonra təbiətdə yenidən canlanma və dirçəliş başlanır. Amma bir müddət keçdikdən sonra yenidən hər şey öz fəaliyyətini dayandırıb, solğun rəng alır. Axirət günündə bu fəaliyyətsizlik bütün aləmdə müşahidə olunacaq. Günəş və onun ətrafına dövr edən digər planetlər (qalaktika) öz hərəkət dairəsindən xaric olub məhvə doğru yönələcəkdir. Amma bütün bunlar həmişəlik deyil, müvəqqəti olacaqdır. Axirət dünyasında varlıqlar yenidən dünyadan bir qədər fərqli olaraq yeni həyata başlayacaqlar

Peyğəmbərlər bir gün hər şeyin sona çatacağını və qiyamət günü insanların məhşərə daxil olaraq yeni həyata başlayacaqlarını biz insanlara dəfələrlə xəbər vermişlər. Və biz bu hadisəyə vahid ilahi qanunlar çərçivəsindən xaric proses kimi baxmamalıyıq. Quran qiyaməti yeni bir həyat adlandırır və bu yeni həyatın nümunələrini biz dünyada hər gün müşahidə edirik.

 

Ardı var...

Ayətullah Mürtəza Mütəhhəri(Əbədi Həyat)

Əvvəli:

http://ahlibeyt.az/news/a-5141.html

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyun, 2016  09:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!