|
• Mənəviyyat • MənəviyyatPıçıldaşmaq - İslam kollektiv arasında pıçıltı ilə danışmağa necə baxır?...Həzrət Məhəmməd(s):
"Üç nəfər olduğunuz halda ikiniz pıçıltı ilə danışmayın. Bu, onu kədərləndirər".
İslam fiqhi baxımından şəraitdən asılı olaraq kollektiv arasında pıçıltı ilə danışmağın müxtəlif hökmləri var.Başqa sözlə desək bu məsələnin hökmü beş qismə bölünür.
1.Müsəlmanın şərəf və heysiyyətinə toxunan və onun inciməsinə səbəb olan halda haramdır. Beləsi, şeytani pıçıldaşma adlanır. Orada məqsəd möminləri incitməkdir.
2.Bunun əksinə olaraq bəzən vacib də ola bilər. Yəni, bəzən məxfi qalması zəruri olan məsələlər ola bilər ki, onun aşkar olması təhlükəlidir.O, yerinə yetirilməyəciyi təqdirdə kiminsə haqqının aradan qalxmasına səbəb ola, yaxud da islam və müsəlmanlar üçün təhlükə yarada bilər. Belə hallarda onu gizli şəkildə demək vacibdir.
3.Bəzən pıçıltını müstəhəb hal kimi qeyd etmək olar. Bu bir haldadır ki, insan yaxşı və xeyir işlər üçün bu işə əl atsın.
4.Habelə gizlin söhbətlər "məkruh" və "mübah" da ola bilər.
5.Əsasən zərurət olmadığı təqdirdiə pıçıldamaq bəyənilən bir hal deyil və məclis qaydalarının ziddinədir. Çünki, başqalarına qarşı bir növ diqqətsizlik və ya etimadsızlıq sayılır.
Məhz bu səbəbdən Peyğəmbərdən (s) nəql olunan bir hədisdə buyrulur:
اِذَا کُنْتُمْ ثَلاثَهً فَلایَتَنَاجَ اثْنَانِ دُونَ صاحِبِهُما، فَاِنَّ ذَلِکَ یَحْزُنُهُ
"Üç nəfər olduğunuz halda ikiniz pıçıltı ilə danışmayın. Bu, onu kədərləndirər".
Əbu Səid Xudridən nəql olunan bir rəvayətdə qeyd olunur:
"Biz Peyğəmbərin (səlləllahu əleyhi və alih) göstərişlərinin yerinə yetirmək üçün gecələr – vacib bir məsələ ortaya çıxanda – həzrətin iqamətgahının yanında növbə ilə keşik çəkərdik. Bir gecə orada sayımız artdı. Biz dairəvi şəkildə oturub pıçıldaşırdıq.
Peyğəmbər (səlləllahu əleyhi və alih) çölə çıxıb:
ما هذِهِ النَّجْوى؟ اَ لَمْ تُنْهَوا عَنِ النَّجْوی؟
– Bu qulağa pıçıldaşmalar nədir? Sizə pıçıldaşmaq qadağan olunmayıbmı? – deyə buyurdu".
Müxtəlif hədislərdən başa düşmək olar ki, şeytan, möminləri kədərləndirmək üçün yalnız pıçıltıdan deyil hər bir vasitədən istifadə edir. Məsələn, onu kədərləndirmək üçün yuxuda ikən onun gözləri önündə müxtəlif səhnələr təcəssüm etdirir.
Möminlərə tapşırılmışdır ki, Allahın Pak Zatına pənah aparmaqla və ona təvəkkül etməklə şeytanın belə vəsvəsələrindən qorunsun.
Mənbə: Ayətullah Məkarim Şirazi "Təfsiri nümunə"cild-23;səh-447
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyun, 2016 15:48 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |