إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD bumeranqı" Küveytə doğru: Terrorçular geri dönür...

Onlarla küveytli İŞİD cərgələrinə qoşulmaq üçün Suriyaya gedib

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə əsasən, Küveytin “ər-Rai” qəzeti bildirib ki, son illər onlarla Küveyt vətəndaşı İŞİD terror təşkilatın qoşulmaq Suriyaya üçün gedib.

Qəzet qeyd edir ki, onlardan bir çoxu terror dəstələrinin başçısına çevriliblər, digərləri isə özlərini partladaraq terrorçu-kamikadze olublar.

Məlumatda deyilir ki, İŞİD terror təşkilatının Küveyt və digər ölkələrdə gizli bazaları var, hansılar ki, təşkilat sıralarına üzv cəlb etməklə məşğuldurlar. Üzv toplayanlar “yeni üzvləri” Türkiyə sərhəddindən Suriya ərazisinə çatdırılması üçün vasitəçilərin xidmətlərindən istifadə edirlər. Suriyaya yenidən gələnlər isə “şəriət kursları” keçirlər.

Məqalədə deyilir ki, bu kurslar təkfirçi ideologiyası ilə “beyin yuyulmasına” bənzəyir. Qeyd etmək lazımdır ki, son zamanlar Ərəb körfəzi ölkələrində bu ölkə cavanlarının İŞİD terror təşkilatına qoşulma təhlükələrinin olması haqda daha da çox bəyanatlar səslənir, xüsusən də bu ölkələrin Suriyadaki terror qruplaşmalarının maliyyələşdirilməsi və silahladırılmasında əlinin olduğu məlum olduqdan sonra bu açıqlamalar daha da çoğalıb.

Son bir neçə il ərzində bu ölkələrin bir çox KİV-ləri Suriyada zorakılıq və terrorizmə təhrik etmə ilə məşğul olublar.

“Ər-Rai” qeyd edir ki, daha əvvəllər İŞİD-ə qoşulmuş bir çox Küveyt vətəndaşlarının bəzisi vətənə geri dönürlər. Onlardan bəzisi İŞİD-in əsil məqsədi məlum olduqdan sonra  terror qruplaşması sıralarını tərk edərək geriyə qaçıblar. Lakin qəzetə görə, onlar potensial təhlükə olmaqda qalırlar...

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 May, 2016  12:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!