إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Məhərrəmlik Hz.Məhəmmədin(s) əsl İslamı ilə əhdi təzələmək vaxtıdır

Bəhreyn Alimləri Məclisinin(BAM) sədri Hüccətül-İslam Seyyid Məcid əl-Məşəl BAM-nın rəsmi saytında dərc olunmuş müraciətdə bildirib ki, Məhərrəmlik siyasi İslamın mühərriki və göstəricisidir ki, bunu İmam Hüseyn(ə) ona bəxş etmişdir. Məhərrəmlik günləri H.Məhəmmədin(s) əsl İslamı ilə əhdin təzələnməsi vaxtıdır deyən Hüccətül-İslam əl-Məşəl İslam ümmətindən xahiş edib ki, İmam Hüseyn(ə) vasitəsilə İslama yaxınlaşsınlar və onu agahlıqla qəbul etsinlər.

İmam Hüseyn(ə) Məhərrəmliyin məhdud zamana aid bir hadisə olmadığını qeyd edən məclis sədri Məhərrəmliyin bütün nəsllərə ilham verən daimi enerjini özündə ehtiva edən böyük bir hadisə olduğunu bildirib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Dekabr, 2011  05:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!