|
• Dünyadaİranın Ekspertlər Şurasına yeni sədr seçilibİran İslam Respublikasının beşinci çağırış Ekspertlər Şurasına (Xubrəqan məclisi) yeni sədr seçilib. Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu posta 51 səslə mühafizəkarların irəli sürdükləri namizəd din alimi ayətullah Əhməd Cənnəti sahib olub. Məlumat üçün bildirək ki, ayətullah Əhməd Cənnəti 1926-cı ildə İsfahanda dünyaya gəlib. O, ayətullah Birucerdi və ayətullah Ruhullah Musəvi Xomeyninin tələbələrindən hesab olunur. İran İslam inqilabında fəal iştirak edib və şah rejimi tərəfindən dəfələrlə həbs olunub. İranda islam hökuməti qurulduqdan sonra onun Hüseyn Cənnəti adlı oğlu "Xalq mücahidləri" terror hərəkatına qoşularaq, hökumətə qarşı silahlı mübarizə aparıb və İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən öldürülüb. Hazırda din aliminin bir oğlu Əli Cənnəti İranın mədəniyyət naziri, digər oğlu Həsən Cənnəti isə dülgərdir. Ayətullah Cənnəti həm də 90-cı illərdə iranlı könüllülərdən ibarət dəstə ilə Bosniya müsəlmanlarına köməyə gedən din xadimi kimi yadda qalıb. 90 yaşlı din alimi 30 ildən artıqdır, Ekspertlər Şurasının üzvüdür.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 May, 2016 15:33 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |