|
• DünyadaAyətullah Xameneyi - Bizim həyatımızın reallıqları Quran həqiqətlərindən çox uzaqdır“Biz Qurandan uzaq düşmüşük, bu bir həqiqətdir. Bizim həyatımızın reallıqları Quran həqiqətlərindən çox uzaqdır. İslam ümmətinin səadət və xoşbəxtliyi Quran maarifi ilə yaxın olmalarına bağlıdır” Ahlibeyt.az-ın Shabestan-a istinadən verdiyi xəbərə görə,bunu İranın ali dini rəhbəri Ayətullah Seyyid Əli Xamenei 33-cü Beynəlxalq Quran müsabiqəsinin iştirakçıları ilə görüşü zamanı səsləndirib. Ayətullahul-uzma Xamenei çərşənbə günü baş tutan bu görüşdə vurğulayıblar ki, Amerika "böyük tağut" və "böyük şeytan"dlr. O həzrət vurğulayıblar: Bu gün din alimlərinin, ziyalıların və istedadların ən mühüm vəzifəsi, düşmənlərin aldatmaları qarşısında aydınlıq gətirmədir və İslam ümməti də qüdrətlərin vədlərinə aldanmamalı və onların təhdidlərindən qorxmamalıdır. Dini lider Quranı İslam ümmətinin birlik mehvəri adlandırıb və belə əlavə ediblər: Dünyanın zalım qüvvələrinin siyasətlərinin müsəlmanlar arasında ixtilaf və qarşıdurma yaratmaq olduğu bir şəraitdə İslam ümməti bu ilahi nemətə söykənməklə vəhdət yolunda hərəkət etməlidir. Ayətullahul Xamenei tağut qüdrətlərinin İslama və İslam ümmətinə zərbə vurmaq üzrə geniş cəhdlərinə işarə edərək, bildirib: "Onlar bilirlər ki, əgər müsəlmanlar qüdrətə malik olarlarsa, onlar xalqlara zülm etməyə qadir olmayacaqlar və Fələstin məsələsi islami bir ölkənin qəsb olunması kimi unudulmayacaqdır. Bəzi islami ölkələrin Allah-Taalaya arxalanmaq yerinə, tağuta söykənmələri təssüf doğurur. Regionda Amerikanın siyasətlərinin icraçısı olan ölkələr əslində İslam ümmətinə xəyanət edir və Amerikanın nüfuzuna zəmin yaradırlar. İran xalqının Amerikanın artıq tamahlığı qarşısındakı imanı və müqaviməti İran İslam Respublikasının qüdrətinin əsas amilidir.Fövqəlqüdrətlərin İran xalqından qorxmalarının və İrana qarşı müxtəlif fitnələrin səbəbi, İslama əsaslanan qüdrətdir və düşmən qüdrətli İslamdan qorxur. Regionda terrorçu və təkfirçi qrupların peyda olmaları və düşmənlərin yerinə müsəlmanlar arasında savaş və ixtilaf törətmələrini aydınlıq gətirmənin olmaması və yol itirmənin nəticəsidir.Şübhəsiz, küft cəbhəsi nəticə etibarı ilə mübariz və mücahid islami cəbhənin qarşısından geriyə çəkilməyə məcbur olacaqdır." Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 May, 2016 10:41 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
|