|
• Mənəviyyat • Mənəviyyat"Məad" - Böyük qiyamət"Məad" - axirət aləminə inanıb bu dünyadan sonra ayrı bir aləmin varlığına e'tiqad bəsləməkdən ibarətdir. İlahi peyğəmbərlərin hamısı təkallahlıq və tohidə dəvət etdikdən sonra təbliğ etdikləri və insanların ona iman gətirmələrini istədikləri ilk şey məhz axirət dünyası olmuşdur. Böyük Qiyamət Həyatın ikinci əbədi mərhələsi «böyük qiyamət» və ya «əbədi axirət» dünyasıdır. Bura, bərzəx aləminin əksinə olaraq, bəzi şəxslərə deyil, aləmdə yaşayan bütün insanlara aiddir. Bu (qiyamət günü) elə bir hadisədir ki, bütün insanları və hər bir canlı, cansız əşyaları özünə tərəf çəkir. Bütün aləm yeni bir mərhələyə və yeni həyata qədəm qoyur. Qurani-kərim bu böyük hadisənin baş verəcəyini öz ayələrində dəfələrlə bəyan etmişdir. Belə ki, bu hadisə baş verməzdən əvvəl, günəş və ulduzlar sönəcək, dənizlər quruyacaq, enişli-yoxuşlu yerlər düzələcək, dağlar ovulub töküləcək və hər yeri bürüyəcək gurultulu səslər və dağıdıcı zəlzələlər baş verəcəkdir. Bir sözlə, hər şey məhv olub aradan getdikdən sonra, həyatın yeni mərhələsi başlanacaq və orada bu dünyadan fərqli olaraq əbədi qanun hökm sürəcəkdir. Qiyamət Quranda müxtəlif adlarla çəkilmişdir və onların hər biri axirət aləminə hakim olan qanunu özünəməxsus bir tərzdə bəyan edir. Məsələn, məhşərə insanların ilk və sonuncusunun toplandığı və orada zamanın öz mahiyyətini itirdiyi üçün «Həşr günü», «Toplantı günü» və «təlaqi günü», batinlər aşkara çıxıb hər şey məlum olduğu üçün «yəvmun-nuşur», insanlar bu günü dərk etməyib özlərini danlayacaqları üçün «Həsrət günü» ya «yəvmut-təğabun» və bu günün böyük hadisə olduğu üçün «böyük xəbər» adlandırmışdır. Ardı var... Ayətullah Mürtəza Mütəhhəri(Əbədi Həyat) Əvvəli: http://ahlibeyt.az/news/a-5022.html http://ahlibeyt.az/news/a-4942.html http://ahlibeyt.az/news/a-4910.html Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 May, 2016 18:24 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |