|
• Mənəviyyat • Mənəviyyat"Məad" - Axirət dünyasına olan imanın mənbə və mənşəyi"Məad" - axirət aləminə inanıb bu dünyadan sonra ayrı bir aləmin varlığına e'tiqad bəsləməkdən ibarətdir. İlahi peyğəmbərlərin hamısı təkallahlıq və tohidə dəvət etdikdən sonra təbliğ etdikləri və insanların ona iman gətirmələrini istədikləri ilk şey məhz axirət dünyası olmuşdur. Axirət dünyasına olan imanın mənbə və mənşəyini hər şeydən əvvəl peyğəmbərlər tərəfindən bəşəriyyətə çatdırılan vəhydə görmək lazımdır. Bəşər, Allahı tanıdıqdan sonra peyğəmbərlərin sədaqətinə iman gətirdi və bu həqiqəti dərk etdi ki, onlara Allah tərəfindən nazil olan vəhy məhz, həqiqətdir. Onlar Allahın vəhdaniyyətini bəyan etdikdən sonra bəşəriyyətə çatdıracağı ilk şey məhz axirət dünyası və öldükdən sonra yenidən dirilib məhşərə qayıtmaq – yəni «məad» olmuşdur. Bu səbəbdən də hər bir şəxsin axirət dünyasına iman gətirməsi (yəni, axirət dünyasına olan imanının az və ya çox olması) peyğəmbərlərə iman gətirmələri və onların sədaqəti ilə sıx əlaqəlidir. Digər tərəfdən də insanın ümumi dünyagörüşü və axirət dünyası haqda olan təsəvvürü mühüm amillərdən biri hesab olunur. Belə ki, insan axirət dünyası haqda düşünərkən bir çoxlarının düçar olduqları səhv tərz təfəkkürə və cəhalətə qatılmamalıdır. Peyğəmbərlərin bəşəriyyətə çatdırmalı olduqları vəhy ilə yanaşı məada olan iman və etiqadın digər yolları da vardır. Belə ki, bəşəriyyətin əqli, fikri və elmi səyləri nəticəsində yaranmış ideya və məntiq peyğəmbərlərin məad haqda söylədiklərini təsdiq edir. Və bu yollar: 1. Allahı tanımaqdan; 2. Dünyanı tanımaqdan; 3. İnsan ruh və nəfsini tanımaqdan ibarətdir. Biz hələlik fəlsəfi və elmi bəhslərlə əlaqəli olan yollar haqda söhbət açamaq istəmirik və yalnız vəhy və nübuvvət (peyğəmbərlik) ilə mətləbi açıqlamaq istəyirik. Amma Quranın bu yollarla işarə etdiyini nəzərə alıb, bir qədər sonra «Quranın axirət dünyası haqda dəlilləri» adlı bir mövzu haqda söhbət açacağıq. Haqqında söhbət açılması zəruri olan məsələ isə, islamın əbədi həyat və ya axirət dünyası haqda olan baxışı və ona olan münasibətidir. Və bunun özü bir neçə hissədən ibarətdir: 1. Ölümün mahiyyəti; 2. Ölümdən sonrakı həyat; 3. Bərzəx (dünya ilə axirət arasındakı mərhələ) aləmi; 4. Böyük qiyamət; 5. Dünyəvi həyat ilə ölümdən sonrakı həyatın əlaqə və rabitəsi; 6. İnsanın gördüyü işlərin təcəssümü, əbədiliyi və onun təsiri; 7. Bu dünyanın, axirət dünyası ilə oxşar və fərqli xüsusiyyətləri; 8. Quranın axirət dünyası haqda gətirdiyi dəlil və sübutlar; Ardı var... Ayətullah Mürtəza Mütəhhəri(Əbədi Həyat) Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Aprel, 2016 11:19 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |