إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dindar ailələr daha şad və səmimidirlər - Araşdırma

Amerikanın "Rew Research Center" müəssisəsinin araşdırmasının nəticəsi göstərib ki,dindar ailələr daha şad və səmimidirlər və ailə birgə keçirmək üçün daha çox vaxt ayırırlar.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,bu barədə "World Religion News" xəbər və informasiya portalı məlumat yayıb.

Amerikanın "Rew Research Center" müəssisəsinin "amerikalıların gündəlik həyatında dinin müxtəlif təsirləri" adlı son sorğuların nəticəsi göstərib ki, dindar ailələr daha şad və daha səmimidirlər və ailə ilə birgə keçirmək üçün daha çox vaxt ayırırlar.

Araşdırmanın nətizəsi göstərib ki, daha dərin etiqada malik insanlar vaxtlarını daha çox ailələri ilə keçirirlər, ehtiyaclı insanlara kömək edirlər, həra zaman şaddırlar, depresiyaya uğramırlar və daima öz həyatlarından razıdırlar.

Bu sorğu bəlli edib ki, inanclı,az inanclı və gündəlik dini göstərişlərə əməl etməyənlər arasında həyatın bəzi sahələrində, o cümlədən fərdi rəftarlar, sağlamlıq, psixologiya, fiziki qüsursuzluq, ictimai agahlıq, mühitə alışqanlıq və s... elə də ciddi fərqlər yoxdur.

Araşdırma zamanı bəlli olub ki, Amerikanın dini etiqadı insanlarının 75%-i bir həftə ərzində ən azı bir dəfə Allaha şükür ediblər. Onların üçdən ikisi Allahdan kömək istəyiblər.Gündəlim dini göstərişlərə əməl etməyənlərin isə yalnız üçdən biri Allaha şükür edib və 25%-i isə Allahdan kömək istəyiblər. Həmçinin etiqadlı ailələrin 50%-i ayda bir-iki dəfə ailədə din barədə söhbət edirlər və 33% insanlar isə ailədən kənarda da din barədə bəhslər edirlər.

Bu araşdırmaq göstərib ki, katoliklərin əksəriyyəti problemlərinin həlli üçün ağıla müraciət edirlər və çox az bir hissəsi kilisəyə gedirlər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2016  17:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!