إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tbilisidə “Qadının dəyəri və Dəyərli Qadın” mövzusunda elmi seminar keçirilib - Foto

Hz. Zeynəbin (s.ə) vəfatı ildönümü günü BGMİnin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə Tbilisi Cümə məscidinin iclas zalında “Qadının dəyəri və Dəyərli qadın” mövzusunda elmi seminar təşkil olunub.

Ahlibeyt.az-ın məlumatına görə, Quranın tilavəti ilə başlayan seminarda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov,İranın  Ali dini rəhbəri Ayətullah Seyyid Əli Xameneinin nümayəndəsi Seyyid Əli Əkbər Ocaq Nejat, Əhlibeyt məddahı İmani Nejad, Qadınlar İcmasının üzvləri Lalə Süleymanova, Emilya Səfərova, Esmira nəsibova və başqaları çıxış etdib.

İki saat sürən seminarda İslamda qadının məqam və dəyəri və dinimizin baxışında dəyərli qadının xüsusiyyət və özəllikləri mövzusunda çıxışlar edildi. Xanım Zeynəbdən (s.ə) alınan dərslər və bu Kərbəla qəhramanının simasında imanlı, iffətli, izzətli, şərafətli və qəhərman qadın haqda söhbətlər edildi. Seminar Xanım Zeynəbin (s) adına ehsan süfrəsi açıldıqdan sonra dualarla sona çatıb.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Aprel, 2016  13:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!