|
• DünyadaRəsmi Dəməşq: Suriya: Türkiyədən müxtəlif yollarla Suriyaya 5 min terrorçu daxil olubSuriyanın baş naziri Vail Nadir əl-Həlki Türkiyəni növbəti dəfə ittiham edib Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Suriyanın baş naziri Vail Nadir əl-Həlki bildiribki, bir həftə ərzində Türkiyə sərhəddindən Suriyaya 5 min terrorçu daxil olub. Suriyanın baş naziri Vail Nadir əl-Həlki ölkə böhranının həlli üçün təşkil olunan müzakirələrə toxunaraq deyib: “Biz bu müzkirələrin nəticə verəcəyinə ümüdvarıq. Müxaliflər tərəfindən rəsmi Riyadın heyətindən əlavə digər heyətlər də müzakirədə iştirak edir.” Ölkənin xarici işlər naziri Vəlid Müəllim də öz növbəsində, terorçuların Türkiyə sərhədlərindən Suriyaya daxil olmasına münasibət bildirərək, terrorçulara yeni növ silah yardımı edildiyini açıqlayıb. i Vail Nadir əl-Həlki həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Fransa və Böyük Britaniya terrorçuları silahlandıraraq, Suriyanın infrastrukturunu və iqtisadiyyatını məhv etməyə çalışırlar. “Biz görürük ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Qətər, həmçinin Böyük Britaniya və Fransa kimi qərb ölkələri də, Suriyadaki siyasi prosesin nizama salınmasına real maraq göstərmirlər. Onlar, əksinə olaraq, terror fəaliyyətinin dərinləşməsinə kömək edirlər.”, – deyə əl-Həlki bildirib. Suriyanın baş naziri Vail Nadir əl-Həlki anti-terror əməliyyatlarının uğurla davam etdiyini bildirib Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Aprel, 2016 12:52 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |