|
• DünyadaAŞPA-da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair qətnamə qəbul olunubAvropa Şurası Parlament Assambleyasında aprelin 19-da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair yazılı qətnamə qəbul olunub. Ahlibeyt.az-az Apa-ya istinadən verdiyi xəbərə görə, AŞPA-nın rəsmi saytında yer alan məlumatda 44 deputat tərəfindən imzalanan sənəddə bildirilir: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolla nizamlanmasına alternativin olmadığına əminliyini ifadə edən AŞPA, münaqişənin davamlı və ədalətli həllinin tapılması üçün beynəlxalq səviyyədə razılaşdırılmış yeganə danışıq formatı olan Minsk Qrupunun həmsədrlərinin səylərinə daim dəstək verdiyini təsdiqləyir. Buna görə də biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin etdiyi daimi çağırışlara hörmətlə yanaşmağa, onların mandatlarını pozmamağa və danışıqlar prosesini mürəkkəbləşdirməməyə çağırırıq. Biz bütün tərəfləri həmsədr ölkələr olan Fransa, ABŞ və Rusiyanın 2009-cu ildən bəri prezidentlər səviyyəsində edilən beş bəyanatda öz əksini tapmış təkliflər əsasında sülh danışıqları yolu ilə nizamlanmaya nail olmaq üçün qəti addımlar atmağa və lazımi siyasi iradə göstərməyə çağırırıq. Biz münaqişə zonasında gərginliyin artması ilə bağlı narahatçılığımızı bildiririk. Top və raket qurğuları kimi ağır silahlardan istifadə edilməsi qəbuledilməzdir və bu mülki əhali üçün ciddi təhlükə yaradır. Biz mülki şəxslər də daxil olmaqla insan ölümünə görə dərindən təəssüflənirik. Atəşkəs rejiminin pozulması hallarının tədqiq edilməsinə dair mexanizmlərin yaradılması və ATƏT-in Minsk Qrupu həmsədrlərinin digər təklifləri gərginliyin azalmasına və sülh danışıqlarının aparılması üçün daha əlverişli şəraitin yaranmasına kömək edəcək". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Aprel, 2016 12:36 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |