|
• DünyadaErmənilərin Azərbaycan hərbçilərinin meyitlərinə qarşı qəddarcasına rəftarı ilə bağlı faktlar aşkarlanıb"Ermənilərin Azərbaycan hərbçilərinin meyitlərinə qarşı qəddarcasına rəftarı ilə bağlı faktlar aşkarlanıb". Ahlibeyt.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinin Vyanada keçirilmiş ATƏT-in Daimi Şurasının 1096-cı iclasında oxunmuş bəyanatında bildirib. Bəyanatda deyilir: "9 aprel 2016-cı il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi həlak olmuş Azərbaycan hərbçilərinin meyitlərinin Ermənistan tərəfindən alınmasına yardım edib. Azərbaycan Respublikası Hərbi Prokurorluğu və məhkəmə-tibbi ekspertizası cəsədlər üzrərində küt alətlərlə zərbə sonrası travmalar, kəllə sümüyünün xəsarət alması, sümük qırılmaları və başqa bu kimi çoxsaylı qəddarcasına rəftar faktları aşkarlayıb", - bəyanatda deyilib. Bəyanatda o da qeyd olunub ki, bu faktlar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq araşdırması başlanılıb. Bəyanatda vurğulanır ki, genişmiqyaslı hərbi əməliyyatların başlamasına gətirib çıxaran təxribata görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür: "Ermənistanın təxribatı ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan sülh prosesinin pozulmasına yönəlmişdi". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2016 19:24 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |