|
• DünyadaİƏT sammitində İrandan Səudiyyəyə etiraz - Tarixdən ibrət alınDünən İstanbulda keçirilən “İslam əməkdaşlıq təşkilatı”-nın Xarici İşlər nazirlərinin görüşündə maraqlı anlar yaşanıb
Ahlibeyt.az-ın İsmazeri-yə istinadən məlumatına görə, görüşdə Səudiyyə Ərəbistanının İran və Livan “Hizbullah”-ı əleyhinə müxtəlif layihələr təqdim etməsindən sonra İran tərəfi buna cavab verib.
Görüşdə iştirak edən İran xarici işlər naziri Muhəmməd Cavad Zərif bu addımları islamla zidd olduğunu deyərək bildirib:
“Bu addımlar Sionist rejiminin mənafeyinə xidmət göstərir. Bu addımları keçmişdə İraq xarici işlər naziri Tariq Əziz də (red: İraqın 1983-dən -1991-ci illərə kimi XİN rəhbəri) atmışdı. Tarixdən ibrət almaq lazımdır.
İndi Tariq Əziz hardadır? Ölkələr arasında problem və ixtilaflar iki tərəfli müzakirələrlə həll olunmalıdır. Biz daima qonşu və müsəlman ölkələri ilə əlaqələrimizin güclənməsi üçün çalışmışıq.”
Qeyd edək ki, bu layihə İranın qatıla bilmədiyi fevral ayında keçirilən görüşdə təqdim olunmuşdu. Rəsmi Riyad İran tərəfinin bu görüşə qatılması üçün viza məsələsində məhdudiyyətlər yaratmışdı.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti İstanbulda keçirilib.
Xatırladaq ki,Tariq Əziz 2003-cü ildə ABŞ ordusuna təslim olub, 2004-cü ildən onun haqqında müxtəlif hərbi və dövlət cinayətləri ittihamları irəli sürülüb. 2010-cu ildə edam hökmü alsada, İraq prezidenti buna imza atmayıb, 2011-ci ildə İraqın Ali Məhkəməsi ona ömürlük həbs cəzası hökmünü verib. Həbsxanada ürək çatışmamazlığı və infarkt keçirib, bundan sonra o Nasiriyə xəstəxanasına çatdırılıb ki, orada ölüb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2016 13:59 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |