إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Sabah Rəcəb ayının ən fəzilətli günlərindən biridir - Arzular gecəsi

Hədislərdə Rəcəb ayının ilk cümə axşamı günü oruc tutulması tövsiyyə olunan xüsusi günlərdən biri olduğu qeyd olunur.

(həftənin 4-cü günü bu il aprelin 14-ü).

Rəcəb ayının birinci cümə gecəsinə "Leylətur-Rəğaib" - "arzular gecəsi" deyilir

Bu il Rəğaib gecəsi cümə axşamı günü 14 aprel şam azanından(gün batdıqdan)sonra daxil olur.

Həzrət Məhəmməd(s) buyurur:

"Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər"

Bu namazın qılınma şərtlərindən biri orucdur.

Əziz İslam Peyğəmbəri (s) buyurmuşdur:

"And olsun canım əlində olan ALLAHA hər kim bu namazı qilsa ALLAH həmin çəxsin günahlarını bağışlayar.Hətta günahları dəryalar qədər,səhradakı qum zərrəciklərinin sayı qədər,ağaclarının yarpaqlarının sayı qədər,dağların ağırlığı qədər çox olsa belə günahları bağışlanar.Qiyamət günü ALLAH həmin şəxsə 70 nəfərə şəfaət etməyə izn verər.Bu namaz birinci qəbr gecəsində mələk surətində insanın yanında olar və köməyinə gələr"

Rəcəb ayının ilk cümə axşamı günü (həftənin 4-cü günü - bu il aprelin 14-ü) oruc tutulur.

Cümə gecəsi daxil olduqdan sonra Şam və İşa namazları arasında on iki rükət (altı  iki rükətli namaz) namaz qılınır.

Namazın qılınma qaydasını aşağdakı linkdən əldə edə bilərsiz:

http://ahlibeyt.az/news/a-4794.html

Rəğaib gecəsi haqda əlavə məlumatı saytın Rəcəb ayı rubrikasından da əldə edə bilərsiz

http://ahlibeyt.az/news/r-18.html

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Aprel, 2016  18:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!