إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda 9 aprel faciəsinin 27-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib

Gürcüstan Müsəlmanları İdarəsinin(GMİ) və azərbaycanlı tələbələrin təsis etdiyi Azad Tədqiqat İnistutunun təşkilatçılığı ilə Tbilisidə yerləşən “Alulbeyt” din mərkəzində 9 Aprel faciəsinin 27 illiyinə həsr olunan tədbir keçirilib

GMİ-dən Ahlibeyt.az-ıa verilən məlumata görə,din xadimlərinin, ictimaiyyət nümayəndələrinin, azərbaycanlı və gürcü tələbələr , jurnalistlərin iştirakı ilə keçirilən tədbirdə Qurani Kərimin tilavətindən sonra həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, müfti Hacı Yasin Əliyev, "Ağsaqqallar Cəmiyyəti"nin sədri İsak Novruzov, gürcü və azərbaycanlı tələbələr yaddaşlarda yaşayan 9 aprel tarixi qəhrəmanlığı haqda çıxış etdilər.

Gürcüstan və Azərbaycana müstəqillik və azadlıq bəxş edən 9 aprel və 20 yanvar hadisələrinin baş vermə səbəblərinə toxunularaq bu kədərli, faciəvi hadisənin eyni zamanda olduqca qürurverici fədakarlıq məktəbi və dövlətin müstəqillik və azadlığına doğru atılan müqəddəs bir addım olduğu haqda danışılıb.

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə 9 aprelə həsr etdiyi şeirini məclis iştirakılarına təqdim etdi. Sonda tədbir iştirakçılar şirniyyat və çay süfrəsinə dəvət olundular.

Xatırladaq ki, bu il 9 aprel Gürcüstan hadisələrinin 27-ci ildönümüdür. 1989-cu il aprelin 9-da Sovet Ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən gecə saat 04:00-da Tbilisidə Gürcüstan parlamenti qarşısında aksiya iştirakçılarına güc tətbiq edilib, zəhərli qazdan və güllələrdən istifadə edilib. Nəticədə 16 nəfər qadın həlak olub, sonradan daha 5 nəfər yaralı vəfat edib. Hadisə zamanı ümumilikdə 21 nəfər faciə qurbanı olub, onlarla insan yaralanıb. Həlak olanların içərisində hamilə qadınlar və yuxarı sinif şagirdləri də var.

Faciədən 2 il keçəndən sonra 1991-ci il martın 31-də keçirilən referendum əsasında Gürcüstan dövlət müstəqilliyini elan edib.

Azərbaycan və Gürcüstan eyni taleyi yaşayan qonşu və dost ölkələrdir. 9 aprel acısının böyük bənzərini 20 Yanvar faciəsində azərbaycanlılar da yaşayıb. Bizim üçün bu faciə böyük dərddir, həm də qəhrəmanlıq dərsidir. Ölkə vətəndaşları bu günləri unutmamalıdırlar nə də unudulmağa və unutdurulmağa izn verməməlidirlər.

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Aprel, 2016  13:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!