إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İran ali dini liderinin nümayəndəsi: “Dağlıq Qarabağ uğrunda döyüşməyə hazırıq”

İranın ali dini liderinin Ərdəbil əyalətindəki təmsilçisi Höccətül-İslam Seyid Həsən Amili bu gün cümə namazı zamanı Dağlıq Qarabağda baş verənlərdən danışıb.

Ahlibeyt.az-ın Apa-ya istənadən məlumatına görə, o, Azərbaycanın ərazi bütövlüyünü dəstədiklərini, işğal altında olan torpaqların geriyə qaytarılmasını istədiklərini bildirib.

 

Qarabağda döyüşməyi arzuladıqlarını deyən  Ayətullah  Amili qeyd edib ki, Qarabağ İslam dünyasının bir parçasıdır və Azərbaycana qaytarılmalıdır: “İranın ali dini lideri buyurub ki, Qarabağ İslam diyarıdır və bu diyarda baş verən hadisə nəticəsində dünyasını dəyişən şəxs şəhid sayılır. Şəxsən mən özüm münasib şəraitin olduğu təqdirdə, Qarabağa gedib üzərimdə olan borcu yerinə yetirmək istəyirəm. Ərdəbil əyalətində çalışan dövlət qurumları da Azərbaycan millətinin qan, tibbi ləvazimat və digər ehtiyaclarını ödəmək üçün heç nəyi əsirgəməsinlər. Bu gün Qarabağda baş verən hadisələr əslində Stalinin üzdəniraq planlarından qaynaqlanır. Əslində təkcə Qarabağ deyil, həm də Stalin dövründə onun tərəfindən millətlər arasında ixtilaf salmaq kimi mənfur niyyətlərlə dəyişdirilmiş sərhədlər dəyişdirilməli və Azərbaycana qaytarılmalıdır”.

İran ali dini liderinin nümayəndəsi: “Dağlıq Qarabağ uğrunda döyüşməyə hazırıq”

 

Seyyid Həsən  Amili qeyd edib ki, Azərbaycan bu münaqişədə özünün dost və düşmənini, xidmətçi və xəyanətkarı tanımalıdır: ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söz versə də, bu qrup heç bir iş görməyəcək, həm də digər beynəlxalq qurumların bu sahədə görə biləcəkləri işlərə əngəl törədəcək. Onlar bu münaqişənin dinc yolla həllini istəmirlər”.

* * *

 

 

İran mətbuatının verdiyi məlumata görə, Ayətullah Xameneinin Şərqi Azərbaycan Əyalətindəki nümayəndəsi və Təbriz şəhərinin imam cüməsi Ayətullah Möhsün Müctəhid Şəbistəri də xütbəsində  Qarabağ münaqişəsinə toxunub.

 

Картинки по запросу ayətullah  şəbüstəri

 

İslam Respublikasının istənilən növ işğalçılıq ilə müxalif olduğunu və Azərbaycanı dəstəklədiyini vurğulayıb və  bildirib ki,İslam İnqilabının  Rəhbərinin(Ayətullah Xameneyi) buyurduqları kimi, Qarabağ İslam dünyasına aiddir və biz Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik.

 

Ayətullah Şəbüstəri qeyd edib ki, son günlər Qarabağda baş verənlər 1994-cü ildə Azərbaycanla Ermənistan arasındakı müharibədən sonra misli görünməmiş bir hadisədir.

 

Təbrizin imam cüməsi vurğulayıb ki,İslam dini ilə mübarizə və müsəlmanların zəiflədilməsi elə bir siyasətdir ki, imperializm bu siyasət vasitəsilə İslam ölkələrinin maddi və mənəvi sərvətlərini qarət etmək ardıncadır və onun yeganə həll yolu müsəlmanlar arasında birlik və vəhdətin qorunması və işğal edilmiş islami məntəqələrin azad edilməsinə səydir.

* * *

İranın Gilan əyalətində yerləşən Astara şəhərinin imam cüməsi Höccətül-İslam Şeyx Hafiz Kazimniya da xütbəsində deyib ki, Qarabağ İslam dünyasının bir parçasıdır: “Heç kim Qarabağın işğal edilməsinə şübhə ilə yanaşmır. Qarabağ müsəlman ölkəsi olan Azərbaycana qayıtmalıdır. Biz hər növ münaqişə, müharibə və itkiyə qarşıyıq. Lakin Azərbaycan öz ərazi bütövlüyünü qorumalıdır. Bu ölkənin heç bir şəhəri, qəsəbəsi və kəndi işğal altında qalmamalıdır”.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Aprel, 2016  11:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!