إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriya ordusu antik Palmira şəhərini azad edib(VİDEO)

Ordu şəhərə daxil olanda Palmirada yalnız İŞİD-ə bağlı intiharçı-terrorçular qalmışdı ki,onların da hamısı məhv edildi.

Ahlibeyt.az-ın RiaNovosti-yə istinadən verdiyi xəbərə görə görə,bu məlumat Palmiranın azad olunması üzrə hərbi qərərgahdan bildirilib.

Məlumata görə, Suriya ordusu baş qərargah rəisi,ordu generalı Əli Abdulla Əyyub əməliyyat zamanı yüksək rütbəli zabitlərin müşaiyəti ilə Palmirada olub.

Suriya ordusu və könüllülərdən ibarət "Səhra şahinləri" hərbi birləşmələri Palmira şəhərinin qədim tarixi hissəsini və yaşayış qəsəbələrini bütünlüklə nəzarət altına götütrüb.Şəhərdə qalan terrorçular təmamən məhv edilib.

Palmira şəhərinin azad olunması üzrə qərərgahın yaydığı məlumata görə,Palmira şəhəri təmamən nəzarət altına görtürülüb şə İŞİD-ə bağlı terrorçuların bütün müqavimət nöqtələri məhv edilib.

Bildirilib ki,İŞİD terrorçularının bir hissəsi hava limanı və çəhərin mərkəzində güv=clü müqavimət göstərərək İŞİD-in əsas qüvvələrinin şəhəri tərk etməsini təmin etməyə çalışıblar.

Şəhərdə qalan terrorçuların əksəriyyəti intiharçılardan ibarət olub və onların hamısı məhv edilib.

Qeyd olunur ki,Palmira Dəməş və Deyr əz-Zor şəhərləri arasındakı mühüm strateji məntəqədir və  onun azad olunması Suriya ordusunun İŞİD-in özünə paytaxt elan etdiyi Pakka şəhərinə hucumun təmin edilməsi üçün həmiyyəti bir qələbədir.

Xatırladaq ki,antik Palmira şəhəri dünya mədəni irsinin nümunələrindən biridir.Şəhər 2015-ci il may ayından İŞİD işğalı altındadır və bu müddət ərzində şəhərdə olan onlarla tarixi abidə heç bir zaman bərpa olna bilməyəcək şəkildə məhv edilib.Antik şəhərdəki amfiteatr edam mərkəzinə çevrilərək yüzlrlə insanın başı nümayişkranə şəkildə kəsilmişdir.Edam olunanlar arasında .'h'ri t'rk etməkdən imtina edən Palmira antik müzeyinin rəhbəri dünya şöhrətli tarixçi alim Xalid əl-Asadda olmuşdur.Onun başı kəsilərək antik şəhərin mərkəzinə atılmışdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Mart, 2016  14:01 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!