إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan ilə Livan arasında mədəniyyət sahəsində əlaqələrin qurulması imkanları müzakirə edilib

Azərbaycan ilə Livan arasında mədəniyyət sahəsindəəlaqələrin qurulması imkanları müzakirə edilib.

Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, Livanın mədəniyyət naziri Reymond Araycinin Azərbaycanın bu ölkədəki səfiri Ağasəlim Şükürov ilə görüşündə müvafiq sahədə əməkdaşlığın qurulmasının və inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Səfir ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, tarixi abidələri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən inkişaf prosesləri haqqında məlumat verib. O, respublikamızın mədəniyyət, idman, turizm, sivilizasiyalararası dialoq, tolerantlıq və digər humanitar sahələrdə bir sıra beynəlxalq konfrans və forumlara ev sahibliyi etdiyini diqqətə çatdırıb. Diplomat, həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə və xaricdə mədəniyyət, təhsil, səhiyyə, idman sahələrində həyata keçirilən layihələr barədə danışıb.

Livanın zəngin mədəniyyəti və tarixi abidələrindən söhbət açan nazir R.Arayci ölkəsinin mədəni və humanitar tədbirlərin keçirilməsi sahəsində Azərbaycan kimi fəal olduğunu deyib. O, ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.

Səfir Azərbaycanın Livanla bütün sahələrdə, xüsusilə də mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. O, Azərbaycanın dünyanın bir sıra ölkələri, o cümlədən əksər ərəb ölkələri ilə bu sahədə sıx əməkdaşlıq etdiyini bildirib, bu istiqamətdə əlaqələrin qurulması üçün ölkələrimizdə təşkil olunan müxtəlif mədəniyyət tədbirləri, sərgi, konfrans və simpoziumlarda qarşılıqlı iştirakın önəmini qeyd edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2016  12:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!