إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hər kim başqalarına olan qəzəbini cilovlayarsa...

"Allah yanında bəndənin içdiyi qurtumların ən qiymətlisi qəzəbinin tüğyan etdiyi vaxt onu səbr və ya helm ilə udduğu qurtumdur."

Peyğəmbərdən (s) nəql olunur ki,O Həzrət buyurub: "Qəzəbini göstərməyə qadir ola-ola onu boğan şəxsə və helmini büruzə verənə Allah-taala şəhid əcri verər”.

İmam Sadiq (ə) buyurur: "Qəzəbini boğan kəsi Allah-taala dünyada və axirətdə əziz edər, necə ki, Quranda buyurmuşdur: "O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar.Allah yaxşı iş görənləri sevər” ( "Ali-İmran”134.) Allah-taala qəzəbini boğduğuna xatir ona cənnətdə yer verər”.

İmam Hüseyn əleyhissalam cəddi Peyğəmbərdən nəql edərək buyurmuşdur: "Güzəşt sahibi olun, çünki güzəşt eləmək bəndənin izzətini artırar və bir-birinizə güzəşt edin ki, Allah da sizi əziz edər”.

Hədislərdə buyrulur:

- Öz qəzəbini cilovlaya bilməyən kimsə əqlinə sahib ola bilməz

Hər kim başqalarına olan qəzəbini cilovlayarsa Allah qiyamətdə   onu qoruyar, eyiblərini örtər və behişt onun üçündür.

- Qəzəb və hiddətini saxlayan kimsənin Allah dünya və axirətdə izzətini artırar

- "Qəzəb bütün şər işlərin köküdür"

- "Qəzəb hikmət sahibinin qəlbini öldürər

-  "Qəzəb hər bir şərrin açarıdır”

Lənətlənmiş iblis deyib: Qəzəb mənim tor və tələmdir ki, onunla insanların yaxşılarını behiştdən və onun yolundan kənar edərəm.("Üsuli-kafi”, 2-ci cild, səh. 305, hədis 13.  )

Bir hədisdə qeyd olunur ki, Tövratda yazılmışdır: "Ey adəm oğlu qəzəblənəndə məni zikr et ki, mən də qəzəblənəndə səni zikr edim (bağışlayım), səni həlakətə saldıqlarımın arasında qərar verməyim. Sənə bir zülm olunarsa mənim zəfərimi gözlə ki, mənim zəfərim sənə, özün intiqam almağından çox xeyirlidir”.

Əbu Bəsir İmam Sadiq əleyhissalamdan nəql edir ki,O Həzrətin yanında qəzəbdən söz düşdü və İmam əleyhissalam belə buyurdu: "Bir şəxs qəzəblənə və heç vaxt razı qalmaya, həmin qəzəblə cəhənnəm atəşinə daxil olacaq. Bəs hər kəs qəzəblənsə ayaq üstə olduğu halda, əyləşsin, çünki bu halda şeytanın çirkinliyi ondan çıxıb gedəcək. Oturmuş halda qəzəblənsə, ayağa qalxsın və hər bir şəxs öz məhrəm olanına qəzəbi tutsa, ona yaxınlaşıb əl versin və ya toxunsun, çünki məhrəm məhrəmə toxunanda aram olar”.

Qəzəbdən qorunmaq istəyən kəs bu duanı oxusun -Əllahummə əzhib ənni ğəyzə qəlbi və əcirni min muzillatilfəitən, əsəlukə cənnətəkə və əuzu bikə mənəşşərəkəti, əllahummə səbbitni ələlhuda vəssəvab, vəcəlni raziyən mərziyyən ğəyrə zallin və la muzillin (ya Rəbb məndən qəlbimin azğınlığını dəf et, məni fitnələrin zəlalətindən qurtar, səndən öz cənnətini istəyirəm, tələlərə düşməkdən sənə pənah gətirirəm, ya Rəbb məni hidayət və doğru yol üstə sabit qədəm et, həm məni razı et həm də məndən razı ol və məni nə əyri yola uğrayan, nə də uğradanlardan et).

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Mart, 2016  09:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!