|
• DünyadaRakkada yerli əhali şəhəri paytaxt elan edən İŞİD-ə qarşı üsyana qalxdıİŞİD terror təşkilatının özünün paytaxtı elan etdiyi Suriyanın Rakka şəhərinin əhalisi üsyana qalxıb. Şəhər əhalisi terrorçulara qarşı çıxaraq bir neçə məhəllədə Suriyanın dövlət bayrağını qaldırıb. Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,beynəlxalq Sputnik agentliyinin məlumatında bildirilir ki, Rakkanın 5 məhəlləsində binaların üstündə Suriyanın dövlət bayrağı qaldırılıb. Bundan sonra əhali iki məhəllədə Suriya ordusuna dəstək şüarları ilə kütləvi mitinqə çıxıb. Mitinq başlayandan sonra nümayişçilərlə İŞİD terrorçuları arasında amansız döyüş başlayıb. Nəticədə Rakka sakinlərinin xeyli sayda terrorçunu məhv etdiyi bildirilir. Şahidlərin sözlərinə görə, martın 5-də şəhərin küçələrində terrorçuların öz arasında güclü atışma baş verib. Terrorçuların əsas qüvvələri 100-dək fərarinin qaçmasının qarşısını almaq üçün şəhərdən çıxışı bağlayıb. Qeyd edək ki, İŞİD-in paytaxt elan etdiyi Rakka şəhəri Suriyanın şimalında Fərat çayının sahilində yerləşir. Şəhər terrorçular tərəfindən 2013-cü ildə tutulub. Hazırda Suriya hökumət ordusu kürd silahlıları ilə eyni vaxtda müxtəlif istiqamətlərdən Rakka şəhəri üzərinə hücumlar təşkil edir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Mart, 2016 16:31 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |