إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İmam Rza(ə) ziyarətgahının rəhbəri Ayətullah Vaez Təbəsi vəfat edib

Ayətullah  Vaez Təbəsi 80 yaşında Məşhəd şəhərində xəstəxanaların birində vəfat edib.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə,İranın ali dini lideri Ayətullah Xameneinin Məşhəddəki nümayəndəsi və İmam Rza(ə) hərəminin xadimi böyük alim Ayətullah Vaez Təbəsi cümə  günü səhər dünyasını dəyişib.

O, 1935-ci ildə  Məşhəd şəhərində  ruhani ailəsində  doğulmuşdu.

Ayətullah Vaiz Təbəsi əxlaq ustadı kimi tanınsa da siyasi məsələlərdə fəaliyyət göstərib.Həmçinin İran Nəzarət Şurasının və Xobreqan Ekspertlər Şurası Məclisinin üzvü, Xorasan dini elmi hövzəsinin rəhbəri vəzifələrində çalışıb.

Ayətullah Vaiz Təbəsinin dövründə Məşhəddə İmam Rza ziyarətgahı misilsiz  genişləndirilmiş, ziyarət  imkanları və  hərəmin təhlükəsislik sistemi gücləndirilmişdir.

Allah rəhmət etsin

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Mart, 2016  17:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!