
Ayətullah Vaez Təbəsi 80 yaşında Məşhəd şəhərində xəstəxanaların birində vəfat edib.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə,İranın ali dini lideri Ayətullah Xameneinin Məşhəddəki nümayəndəsi və İmam Rza(ə) hərəminin xadimi böyük alim Ayətullah Vaez Təbəsi cümə günü səhər dünyasını dəyişib.
O, 1935-ci ildə Məşhəd şəhərində ruhani ailəsində doğulmuşdu.
Ayətullah Vaiz Təbəsi əxlaq ustadı kimi tanınsa da siyasi məsələlərdə fəaliyyət göstərib.Həmçinin İran Nəzarət Şurasının və Xobreqan Ekspertlər Şurası Məclisinin üzvü, Xorasan dini elmi hövzəsinin rəhbəri vəzifələrində çalışıb.
Ayətullah Vaiz Təbəsinin dövründə Məşhəddə İmam Rza ziyarətgahı misilsiz genişləndirilmiş, ziyarət imkanları və hərəmin təhlükəsislik sistemi gücləndirilmişdir.
Allah rəhmət etsin