إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Quranın hansı ayəsi bütün Ərəb əlifbasını ehtiva edir..?

Misirin Əl-Əzhər İslami Mərkəzinin ustadı Məhəmməd Vəhdan Quran-Kərimin ayələrindən birində bütün Ərəb əlifbası hərflərinin işləndiyini bildirib

Ahlibeyt.az-ın İQNA-ya istinadla verdiyi xəbərə görə, Misirin Əl-Əzhər İslam Mərkəzinin ustadı və dini təbliğatçı Məhəmməd Vəhdan bu ölkənin rəsmi "Əl-Asima” peyk Tv kanalında Qurani-Kərimin ayələrindən birində bütün Ərəb əlifbası hərflərinin işləndiyini bildirib.

 

Tv proqramda Quran-Kərimin ecazkarlığı və əsrarəngizliyi barədə söhbət açan Məhəmməd Vəhdan bildirib ki,Quran-Kərimin "Fəth” surəsinin 29-cu ayəsində Ərəb əlifbasının bütün hərfləri istifadə edilmişdir.

 

Quran-Kərimin "Fəth” surəsinin 29-cu ayəsi:

 

«مُّحَمَّدٌ رَّسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ أَشِدَّاء عَلَى الْكُفَّارِ رُحَمَاء بَيْنَهُمْ تَرَاهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِّنَ اللَّهِ وَرِضْوَانًا سِيمَاهُمْ فِي وُجُوهِهِم مِّنْ أَثَرِ السُّجُودِ ذَلِكَ مَثَلُهُمْ فِي التَّوْرَاةِ وَمَثَلُهُمْ فِي الْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْأَهُ فَآزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوَى عَلَى سُوقِهِ يُعْجِبُ الزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ الْكُفَّارَ وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا ».

 

Tv kanalında "Mənhəcu-Həyat” (Həyat tərzi) proqramının qonağı olan Məhəmməd Vəhdan müsahibəsində bildirib:

 

"Quran-Kərimin ayələrində maraqlı məqamlar, elmi və ədəbi ecazkarlıqlar və əsrarəngizliklərlə zəngindir. Buna misal olaraq deyim ki, Yusif surəsinin 100-dən çox ayəsinin olmasına rəğmən bu ayələrdə bir dəfə də olsun "cənnət” və "nar” (atəş, od) sözü istifadə edilməmişdir.

 

Başqa misal olaraq Bəqərə surəsini göstərmək olar ki, bu surədə 1000 əmr feli (et), 1000 nəhy feli (etmə, qadağandır) və 1000 xəbər cümləsi istifadə edilmişdir."

 

Din alimi qeyd edib ki,Quran-Kərimin sirləri və qəribəlikləri tükənməzdir və Qiyamət gününədək müxtəlif möcüzələr ortaya qoyacaqdır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Fevral, 2016  15:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!