|
• Dünyadaİran millətinin möhkəm silləsinə və polad yumruğuna hazır olunİranın Ali Dini Rəhbəri bu gün İmam Əli(ə) adına Ordu Zabit Universitetində zabitlərin andiçmə mərasimində iştirak edib. Zabitləri bu münasibətlə təbrik edən Ayətullah Xamenei silahlı qüvvələri İranın qürur mənbəyi olduğu bildirmiş və İran ordusunun İrana qarşı baş verəcək istənilən hücuma tutarlı cavab verməyə qadir olduğunu diqqətə çatdırıb. Ali Baş Komandan İranın heç bir ölkəyə hücum etmədyini diqqətə çatdıraraq deyib ki, amma bu o demək deyil ki, İran ona qarşı hücumlara cavab verə bilmək iqtidarında deyil. Bizə qarşı yönəlmiş hücumlara elə tərzdə cavab verərik ki, onlar içəridən dağılarlar. Ayətullah Xamenei əlavə olaraq deyib ki, düzdür İran təcavüzkar bir ölkə deyil amma bu o demək deyil ki, biz daim oturub ipəkqurdu kimi özünü məhvə aparanların təhdidlərinə qulaq asacağıq. İrana hücum etməyi xəyalından keçirənlərə müraciət edən Ali Baş Komandan deyib ki, bunu xəyalından keçirənlər gərək özlərini İran ordusunun və millətinin möhkəm silləsinə və polad yumruğuna hazırlasınlar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Noyabr, 2011 02:40 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |