|
• DünyadaSəudiyyədə "İmam Rza" məscidində törədilən terror aktında şübhəlilər arasında 9 ABŞ vətəndaşı varSəudiyyədə cümə günü məsciddə törədilən terror aktına görə ümumilikdə 33 nəfər şübhəli şəxs həbs olunub Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə,bu barədə "Saudi Gazette" nəşri yazıb Səudiyyə Ərəbistanı hakimiyyəti son həftə ərzində terrorçuluqda şübhəli bilinən və aralarında xaricilərin, eləcə də ABŞ və Qazaxıstan vətəndaşlarının olduğu 33 nəfəri saxlayıb. Qəzet mənbəsinin məlumatına görə, hüquq-mühafizə orqanları 9 Amerika, bir Qazaxıstan vətəndaşını, həmçinin iki suriyalı, bir indoneziyalı və bir filippinlini saxlayıblar. Onların arasında 14 Səudiyyə vətəndaşı, 3 Yəmən sakini, bir BƏƏ vətəndaşı və bir fələstinli də var. qeyd edək ki,ötən cümə iki kamikadze namaz zamanı Səudiyyənin Əl-Əxsa əyalətinin Məhasin rayonu ərazisində yerləşən İmam Rıza məscidinə daxil olmağa cəhd göstərib.Təhlükəsizlik orqanları əməkdaşları onları yaxalaya bilib, ardınca kamikadzelərdən biri məscidin girişində özünü partladıb və atışma başlayıb. Asayiş keşikçiləri ikinci canini saxlaya biliblər və onun üzərindən "kamikadze kəməri" çıxıb. Terror aktı nəticəsində 4 nəfər ölüb və 3-ü hüquq mühafizəçisi olmaqla 36 nəfər yaralanıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Fevral, 2016 12:03 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |