|
• DünyadaİƏT-ə üzv ölkələrin Parlamentlər İttifaqı Xocalı faciəsini soyqırımı kimi tanıyıb(Foto)Qətnamədə, həmçinin Xocalı soyqırımını törədən cinayətkarların cəzalandırılması üçün İƏT-ə üzv ölkələrin parlamentlərini zəruri addımların atılmasına çağıran müddəa öz əksini tapıb Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə İraqın paytaxtı Bağdadda öz işini yekunlaşdıran İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Parlamentlər İttifaqının (Pİ) 11-ci konfransında “İslam Konfransı Gənclər Forumu ilə İƏT Pİ arasında əməkdaşlıq” adlı qətnamə yekdilliklə qəbul edilib. Qətnamə iki qurum arasında Xocalı soyqırımının tanıdılması istiqamətində əməkdaşlığı nəzərdə tutur. İKGF Media Mərkəzinin məlumatına əsasən, 54 ölkənin parlament nümayəndələri tərəfindən yekdiliklə qəbul edilmiş qətnamənin müvafiq bəndində Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyasına dəstək ifadə edilir. Sənəddə Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınır. Qətnamədə, həmçinin Xocalı soyqırımını törədən cinayətkarların cəzalandırılması üçün İƏT-ə üzv ölkələrin parlamentlərini zəruri addımların atılmasına çağıran müddəa öz əksini tapıb. “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb və hazırda 50-dən artıq ölkədə həyata keçirilir. Kampaniya nəticəsində Xocalı qətliamı dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Yanvar, 2016 14:39 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |